Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:11

Almaniyada yalnız qadınlar üçün vaqonlar...


►Alman dəmiryol şirkəti: "Qadın vaqonları" Köln hücumları ilə bağlı deyil"

Almaniyanın "Mitteldeutsche Regiobahn" dəmiryol şirkəti bəzi qatarlara yalnız qadınların minə biləcəyi vaqonlar qoşub.

Ancaq o, bunun bir neçə həftə əvvəl baş vermiş cinsi təcavüzlər dalğası ilə bağlı olduğunu inkar edib.

Kölndə törədilmiş seks hücumlarından bir neçə gün sonra atılmış bu addımın məhz həmin hadisələrlə bağlı olduğu deyilirdi.

Ancaq şirkət bildirib ki, bu addım ümumilikdə bütün qadın sərnişinlər üçün daha təhlükəsiz mühit yaratmaq üçün atılıb.

"Qadın vaqonları" 80,5 kilometrlik Leypsiq - Xemnits xətti üzrə hərəkət edəcək qatarlarda olacaq. Həmin vaqonlar qatarın işçi heyəti üçün nəzərdə tutulmuş vaqonunun yanında yerləşəcək. "Mitteldeutsche Regiobahn" şirkətinin sözçüsü deyir ki, sözügedən vaqonlar bilərəkdən şirkət nümayəndələrinə yaxın yerləşdirilib.

Bu vaqonlara uşaqlar da minə biləcəklər. Bura 10 yaşına qədər oğlan uşaqları da daxildir.

Yaınız qadınlar üçün nəzərdə tutulmuş vaqonlara Yaponiya, Hindistan, Meksika, Braziliya, Misir və İndoneziyada tez-tez rast gəlinir. Adətən bu addım cinsi təcavüz cəhdlərinin qarşısının alınması üçün atılır.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Britaniyada Leyboristlər Partiyasının lideri Jeremy Corbyn də cinsi təcavüz hallarının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda yalnız qadınların istifadə edə biləcəyi yerlərin olmasını təklif edib.

Ancaq qadın hüquqları təşkilatları onun bu təklifini mürtəce adlandıraraq bildiriblər ki, cinsi təcavüzün qarşısını almaq üçün cinayətin qurbanlarına yox, cinayətkarlara fokuslanmaq lazımdır.

Keçən cümə axşamı günü 26 yaşlı əlcəzairli kişi Köln hadisələri ilə bağlı cinsi təcavüz və oğurluqda ittiham olunub. O, Yeni İl ərəfəsində Kölndə baş vermiş hücumlarda iştiraka görə rəsmi olaraq ittiham olunan ilk şəxsdir.

Almaniyanın qərbində yerləşən Köln şəhərində Yeni İl bayramının keçirilməsi zamanı polisə 1100-dən çox şikayət daxil olub. Onların 480-dən çoxu cinsi təcavüz ittihamları ilə bağlı olub.

Bir çox şahidlər hücum edənlərin Şimali Afrika və ərəb mənşəli şəxslərə bənzədiklərini deyiblər.

Miqrantlar Makedoniya sərhəddində qalıb

XS
SM
MD
LG