Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:20
Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi referendumu mümkün saydı

14:26 25.7.2016
Ziyafət Əsgərov
Ziyafət Əsgərov

Vitse-spiker yaxında Milli Məclisin buraxılacağını gözləmir

Ziyafət Əsgərov qeyd edir ki, Referendum Aktı layihəsində Milli Məclisin səlahiyyətləri azalmır. Əksinə, parlamentin normal fəaliyyətdə işləməsindən ötrü yeni mexanizm təklif olunur: «Fövqəladə hal baş verdikdə, parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə, prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib». Ətraflı burada

14:03 25.7.2016

Əli Kərimli: - 'Hər şey xalqın öz seçiminə qaldı'

Konstitusiyanı müdafiə etməkdən ötrü hüquqi yolların tükəndiyini deyən Əli Kərimlinin fikrincə, artıq «yox» deməyə yeganə qadir qüvvə xalqdır: «Xalqımız prosesə əl qoymayana qədər ölkədə monarxiya öz hüquqi bazası əsasında formalaşacaq». Ətraflı burada

12:22 25.7.2016
Şahin Əliyev
Şahin Əliyev

Bu qədər seçki olar? – PA rəsmisi

Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev yaş ilə bağlı deyib ki, əsas həddi-buluğa çatma və ali təhsildir. Yaş həddi diskriminasiya kimi qiymətləndirilə bilər.

«Harvardı bitirən, ali təhsili olan biri niyə Milli Məclisin üzvü seçilməsin? Avstriyada, Finlandiyada prezidentlik müddəti 7 ildir. 2000-ci ilə qədər Fransada da 7 il idi. Azərbaycanda 5 ildən bir seçki keçirilir, onun da bir müddəti seçkiyə hazırlığa sərf olunur. Tez-tez seçki keçirilməsi artıq vəsait hesabına başa gəlir»,- Şahin Əliyev bildirib.

12:09 25.7.2016

Konstitusiya Məhkəməsindən dəyişikliklərə yaşıl işıq

Konstitusiya Məhkəməsinin iclası başa çatıb.

Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib ki, layihə

Konstitusiya ilə ziddiyyət yaratmadığına görə referenduma çıxarıla bilər.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etməkdən ötrü müşavirə otağına keçiblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumunun Qərarını oxuyub.

Qərara əsasən, Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə müsbət rəy verib.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

Davamı

XS
SM
MD
LG