Vitse-spiker yaxında Milli Məclisin buraxılacağını gözləmir
Ziyafət Əsgərov qeyd edir ki, Referendum Aktı layihəsində Milli Məclisin səlahiyyətləri azalmır. Əksinə, parlamentin normal fəaliyyətdə işləməsindən ötrü yeni mexanizm təklif olunur: «Fövqəladə hal baş verdikdə, parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə, prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib». Ətraflı burada
"Monarxiya əlamətləri görünür"
Hüquqşünas Ataxan Əbilov deyir ki, Azərbaycan heç vaxt Konstitusiyasında ölkənin monarxiya üsul-idarəsi ilə idarə olunmasını ifadə etməz, çünki beynəlxalq ictimaiyyət bunu düzgün qarşılamaz. Ancaq o əlavə edir ki, ölkə idarəçiliyində monarxiya əlamətləri görünür:
“Seçkilər formal keçirilir, hakimiyyət varislik yolu ilə ötürülüb, prezidentin seçilməsi müddəti artıq götürülüb, xalqın öz iradəsini ifadə etmək imkanı yoxdur, hakimiyyət bir ailənin əlindədir”. Ətraflı
"Demokratiyadan öncə ölkənin təhlükəsizliyidir"
“Konstitusiyaya təkliflər daha çox ölkənin təhlükəsizliyinə, hakimiyyət xaosunun yaranmamasına hesablanıb”, millət vəkili Fazil Mustafa belə düşünür.
AzadlıqRadiosuna açıqlamasında o deyir ki, məqsəd hər hansı hakimiyyət boşluğu yarandığı təqdirdə bu riskin dərhal aradan qaldırılması istəyidir. Ətraflı
YAP referendum hazırlıqlarına start verib
YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin iyunun 25-də keçirilən ümumrespublika müşavirəsində əsas müzakirə mövzusu bu referendum olub.
Müşavirə haqda xəbəri partiyanın saytı yayıb.
Maraqlıdır ki, ümumrespublika müşavirəsi Konstitusiya Məhkəməsinin Konstitusiyaya dəyişiklik təkliflərini bəyənməsindən dərhal sonra baş tutub. Müşavirəyə hakim partiyanın bütün rayon təşkilatları rəhbərləri qatılıblar. Ətraflı