Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:44

Lapshin 3 il müddətinə azadlıqdan məhrum edildi (Video)


Lapşin 3 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Lapşin 3 il azadlıqdan məhrum edildi

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bloqqer Alexander Lapshin barədə hökm çıxarıb. Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlanıb həbs olunan bloqqer 3 il azadlıqdan məhrum edilib.

Hökmə görə, Lapshin-ə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.

***Buna da bax-Lapshin son sözünü dedi

Lapshin-in vəkili Eduard Chernin AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti verib-verməmək məsələsi Lapshin-lə görüşdən sonra müəyyənləşəcək.

Alexander Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayanlarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

***Buna da bax-Lapshin: 'Qarabağın Azərbaycan torpağı olmasından xəbərsiz idim'

Lapshin özünün puerrtto səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunan Lapshin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Lapşinin məhkəməsi önündə aksiya
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

XS
SM
MD
LG