Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:41

Lavrov Qarabağı Donbasa, Kosovoya bənzətdi


Ermənistandan ekspert: “Diktatorlar hakimiyyətlərini möhkəmləndirmək üçün müharibə lazımdırsa, edirlər”
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Ermənistandan ekspert: “Diktatorlar hakimiyyətlərini möhkəmləndirmək üçün müharibə lazımdırsa, edirlər”

Azərbaycan XİN-dən Mirzoyanın fikirlərinə münasibət

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Rusiyadan olan həmkarı Sergey Lavrovla mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirliyin saytında yayılan açıqlamasında o vurğulayıb ki, 2020-ci il üçtərəfli bəyanatın müddəalarını məhz Ermənistan tərəfi pozur. Onun fikrincə, həmin müddəalara zidd olaraq, "öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistandır": "…Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya "etnik təmizləmə" və "soyqırımı" törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil".

Bu fikirlərə Ermənistan tərəfinin münasibəti, hələlik, bəlli deyil. Amma Ermənistan rəsmiləri bundan əvvəl Qarabağdan silahlı qüvvələrini tam çıxarmamaları ilə bağlı deyilənləri qəbul etməyiblər. Onlar Qarabağdakı "müdafiə ordusu"nun özlərinin silahlı qüvvələrinə dəxili olmadığını vurğulayırlar.

+++

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, rəsmi Moskva martın 20-də nəhayət Bakı ilə Xankəndi arasında birbaşa dialoqa ilk dəfə olaraq münasibət bildirib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Moskvada keçirilən görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, o Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik qarantiyaları barədə danışıqların Bakı və Xankəndi arasında aparılmalı olduğuna dair fikrinə şərikdir:

“Elə “Minsk razılaşmalarında” da söhbət ondan gedirdi ki, Ukraynanın şərqində yaşayanların hansı hüquqları olmalıdır. Ana dili hüququ, uşaqlara bu dildə təhsil vermək, bu dildən istifadə edərək yaşamaq, işləmək, öz mədəniyyətini, dinini saxlamaq hüququ, yerli özünüidarə imkanı və öz soydaşları ilə hansısa xüsusi münasibətləri...Donbasla bağlı məsələdə bu Rusiya idi. Elə Belqrad və Priştina arasında “Kosovoda yerli serb özünüidarəetmə orqanları” haqqında 10 il bundan əvvəl imzalanmış razılaşmada da belə hüquqlar vardı. Düşünürəm ki, Qarabağ erməniləri üçün də belə bir hüquqlar toplusu lazımdır”.

Rusiya XİN-in başçısı deyib ki, belə razılaşmaların əldə olunması çətin deyil, amma hər şey vasitəçilərin “düzgünlüyündən” asılıdır.

Lavrov bunu da bildirib ki, Laçın dəhlizi məsələsinə müstəsna olaraq üçtərəfli bəyanatlar kontekstində baxılmalıdır.

O qeyd edib ki, Laçın dəhlizi ilə bağlı hər bir tərəfin öhdəlikləri var.

Lavrov elə hey Qərbi tənqid edirdi

Azatutyun yazır ki, Lavrov birgə mətbuat konfransının böyük bir hissəsini Qərbin tənqidinə həsr edib.

Lavrov vurğulayıb ki, “özünü tamamilə gözdən salmış Qərb” Rusiyanı regiondan sıxışdırıb çıxarmağa, Moskvanın Yerevan və Bakı arasında əldə etdiyi razılaşmalara sahiblənməyə çalışır:

“Onlar böyük mənada diplomatik reyderliklə məşğuldurlar, üçtərəfli razılaşmaları ələ keçirməyə, öz kuratorluqlarını sırımağa, bu razılaşmalarda Rusiyanın kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanmasında iştirakını nəzərdə tutan əsas prinsipləri pozmağa çalışırlar”.

Azatutyun yazır ki, Ermənistan sərhəddə Avropa İttifaqı missiyasının yerləşdirilməsini həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzrə müttəfiqlərinin hərəkətsizliyinə görə istəyib.

Laçından çıxan ermənilər hələ də Ermənistanda ev tapa bilmirlər
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

“Qərb Rusiya ilə Ermənistanın arasını vurmaq istəyir”

Lavrov isə bəyan edib ki, Qərb Ermənistanla Rusiyanın arasını vurmağa çalışır:

“Biz Qərbin Rusiya və Ermənistanın arasını vurmaq üçün göstərdiyi açıq cəhdləri görürük. Gəlin hər şeyi öz adı ilə deyək, onlar regional təhlükəsizlik arxitekturasını dağıtmaq istəyirlər”.

Rusiya nazirinin sözlərinə görə “Qərbi region ölkələrinin taleyi yox, öz hegemonluğu narahat edir”.

Ararat Mirzoyan isə vurğulayıb ki, Avropa İttifaqının missiyası sırf mülki səciyyə daşıyır.

Ermənistan naziri deyib ki, “üçtərəfli bəyanatın Azərbaycan tərəfindən pozulmayan bəndi qalmayıb”.

Mirzoyan bildirib ki, söhbət atəşkəs rejiminin pozulmasından, Laçın dəhlizinin qanunsuz blokadasından, erməni hərbi əsirlərin saxlanmasından” gedir. O bu siyahıya Qarabağın bir neçə kəndinin “işğal” olunmasını da əlavə edib.

'Üfunət iyindən nəfəs almaq olmur'- yataqxanada qalan məcburi köçkün
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Mirzoyan sözünü deyib

Ermənistan xarici işlər naziri Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağın etnik təmizlənməsini hazırladığına dair Yerevanın ittihamlarını təkrar edib və Rusiyanın bütün bunları həll edə bilməməsinə də işarə edib:

“Rusiyanın rolunu bir zərrə də azaltmadan deməliyəm ki, hazırkı situasiya soyqırımın qarşısının alınması üçün beynəlxalq birliyin iştirakilə Dağlıq Qarabağa müşahidə və faktların müəyyən edilməsi üçün beynəlxalq missiya göndərilməsinin mühüm olduğunu göstərir”.

Bu, Mirzoyan və Lavrov arasında bu il ikinci görüş olub. Bundan əvvəl iki nazir Delhidə görüşmüşdülər.

Mirzoyan ötən dekabrda Azərbaycan xarici işlər nazirinin iştirakilə Moskvada planlaşdırılan üçtərəfli görüşə gəlməkdən imtina etmişdi.

Lakin martın 20-də Lavrov bəyan edib ki, nazirlərin daha bir üçtərəfli görüşü planlaşdırılır və bu barədə ilkin razılaşma əldə olunub.

Və Blinken Paşinyana Əliyevlə danışıqlar təklif edib

Bu arada martın 20-də ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətində Bakı ilə Yerevan arasında daha bir ikitərfli görüş təklif edib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, “ABŞ Cənubi Qafqazda davamlı sülhün əldə olunması məqsədilə birbaşa danışıqlar və diplomatiyaya sadiq olaraq qalır”.

Bəyanatda bu münaqişənin hərbi yolla həlli olmadığı vurğulanır.

Bəyanatda qeyd olunur ki, Blinken “Ermənistanın sülhə sadiqliyinə görə Paşinyana təşəkkürünü bildirib və onu qalan məsələlərin həlli üçün konkret addımlar atmağa çağırıb”.

Ermənistan baş nazirinin ofisindən verilən məlumatda deyilir ki, Blinken söhbət zamanı Qarabağla Ermənistanı birləşdirəm Laçın dəhlizinin dərhal açılmasına çağırıb.

Xəbərdə deyilir ki, Blinken və Paşinyan Ermənistan-Azərbaycan münasibətləri və regionda kommunikasiyaların açılmasına dair fikir mübadiləsi aparıblar.

Ermənistan baş naziri Blinkenlə söhbətində habelə Azərbaycanın aqressiv ritorikası ilə bağlı narahatlığını bildirib.

Cermux sakini: 'Əvvəllər Azərbaycan əsgərlərindən qorxurduq, amma artıq...'
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

Danışıqlar

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Brüssel formatını dəstəkləyir.

Amma ötən ilin sonları hər iki danışıqlar, əsasən, dayanıb. Bununla belə, ötən ay Avropa İttifaqı Şurası "sabitliyə töhfə vermək" məqsədilə Ermənistana mülki missiya göndərib.

Üstəlik, fevralın 18-də Münhendə Azərbaycan prezidentinin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.

Görüşdən sonra tərəflər danışıqlarla bağlı, əsasən, nikbin fikirlər dilə gətiriblər.

Bunun ardınca, ötən ay Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda olub və orada da sülh danışıqları müzakirə edilən məsələlər sırasında olub.

Martın 5-də Qarabağda yenidən atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səslənib. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG