-
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev APA-ya deyib ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq.
“Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Şahin Mustafayev bildirib.
Nazirin açıqlaması göstərir ki, idxal məhsullarının qiymətinin qalxması qaçılmazdır.
AzadlıqRadiosu idxaldan asılı əsas malların siyahısını təqdim edir:
Ət
Meyvə-tərəvəz
Buğda
Əczaçılıq məhsulları
Oduncaq və ondan hazırlanan məmulatlar
Qara metallar və onlardan hazırlanan məmulatlar
Nəqliyyat vasitələri və onların hissələri
Süd
Kərəyağı
Şəkər
Neft məhsulları...
AzadlıqRadiosu Youtube kanalında izləyin: