Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:33

Manatla əmanətlər niyə artır? [şərhlər]


dollar manat
dollar manat

Rəsmi qurumların bank əmanətlərinin strukturu ilə bağlı hesabatı açıqlayıb. Hesabatdan görünür ki, manatla olan əmanətlər 31,7 faiz artıb, xarici valyutada əmanətlər isə əksinə, 23,1 faiz azalıb. Əhalinin bank əmanətlərinin ümumi azalması fonunda manatla yığımlarını artımı milli valyutaya güvənin yüksəlməsi təəssüratı yaradır. Bəs əsl səbəblər nədir? Ekspertlər manatın məzənnəsinin son aylar sabit qalmasını önəmli səbəb kimi gətirirlər.

Manatla olan əmanətlərin artımına təsir edən səbəblər haqda AzadlıqRadiosuna İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bunu «iki mühüm amil»lə izah edib. Birinci səbəb kimi o, milli valyutada olan əmanətə görə bankların ödədikləri faizlərin daha yüksək olmasını göstərib:

Buna da bax:​ Monteneqrodakı Azərbaycan şirkəti: əvvəl SOCAR, indi 'Ataholding'

Dollar əmanətlərinin gəlirliliyi 1-2 faizə düşüb

Vüqar Bayramov
Vüqar Bayramov

«Manatla olan bank əmanətlərinin sığortalanan illik faiz dərəcəsi 15, dollarla olan amanətlərə dörə isə 3 fazidir. Bununla belə, bir çox aparıcı banklar xarici valyuta üzrə yeni əmanəti əsasən 1 və ya 2, ən yaxşı halda, 3 faizlə qəbul edir. Bu, dollarla olan əmanətlərə marağın azalmasına, manatla yığımlarınsa artımına gətirib çıxarıb.

İkinci səbəb – fevral ayından etibarən manatın xarici valyutalarla mübadilə məzənnəsinin sabit qalmasıdır. Bu, əmanətçilərin güvəninə təsir edən önəmli amildir».

V. Bayramov: «Manatın «titrəməsi» hər şeyi dəyişə bilər»

Bu meylin nə qədər davam edəcəyini isə V. Bayramov indidən proqnozlaşdırmağın çətin oldudğu qənaətindədir. «Manatla əmanətlərin artımının davamlığı manatın orta müddətli dövrdə özünü necə aparacağından asılı olacaq. Manatın məzənnəsindəki «titrəyişlər» əmanətlərin strukturunda özünü yenidən göstərə bilər».

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

«Pulu evdə «yastıq altda qalmasın» deyə banka qısa müddətə qoyurlar»

Əkrəm Həsənov
Əkrəm Həsənov

Ekspert Əkrəm Həsənov diqqəti ona çəkir ki, manat əmanətləri əsasən qısamüddətli, təxminən 3 aylıq dövr üçün yerləşdirilir. «Əhali pulunu «yastıq altda qalmasın» deyə banka qoyur. Amma əmanətçilər yenə də başa düşürlər ki, məzənnə müvəqqətidir. Bu səbəbdən pulu daha uzun müddətə banka etibar etmirlər».

Xarici valyutada olan əmanət vaxtı çatanda götürülür

İqtisadçı Toğrul Maşallı deyir ki, xarici valyutada hesab açmaq indiki halda «mənasızdır». «Xarici valyutada əmanət faizləri aşağı düşməkdədir. Misal üçün, yanvarda orta faiz 4,66% idisə, indi artıq 3,57% təşkil edir. Yerli valyuta üzrə 6,36-dan 9,49 faizə kimi qalxıb. Bundan başqa, kimin xarici 2-3 il müddətinə valyutada əmanətləri var idisə, müddət bitdikcə, hesabları bağlayırlar. Halbuki qabaqlar uzadırdılar. Bundan başqa, Mərkəzi Bankın xarici valyutanın istifadəsinə əngəllər yaratması da manatın müəyyən mənada üstünlüyünü artırıb». Toğrul Maşallının manatla əmanətın artımına dair fikirləridir.

Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

S. Əliyev: «Şirkətlər dollara üstünlük verirlər»

«İqtisadi Təşəbbüslərə Yardım» İB-nin ekspereti Samir Əliyev də digər eksperlərlə eyni fikirləri bölüşür. Həm də əlavə edib ki, xarici valyutada əmanətlərin azalma təkcə əhalinin yığımlarında özünü göstərir. Şirkətlər hələ də pulu dollarda depozitdə saxlamağa üstünlük verirlər.

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətləri bir il əvvəlkinə nisbətən 13,1 faiz azalıb və bu ilin sentyabr ayının 1-nə 6,7 milyard manata düşüb. Milli valyutada olan əmanətlər 1,9 milyard manatdır və son bir ildə 31,7 faiz artıb. Xarici valyuta əmanət portfelində 72,2 faizə çatır. Manat ifadəsilə bu 4,9 milyatd manatdan çoxdur. Amma o da var ki, ötən ilin sentyabrından bəri xarici valyutada saxlanan əmanətlər 23,1 faiz azalıb.

XS
SM
MD
LG