Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrlə 11 milyard 330 milyon ABŞ dollar həcmində ticarəti olub. Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu, ötən ilin eyni dövründən 24,96% azdır. Komitə idxal həcmində də azalma qeydə alıb. Beş milyard 539 milyon ABŞ dolları məbləğindəki idxal ötən ilin 8 ayı ilə müqayisədə 6,23% azalma deməkdir. Azalma ixracatdan da yan ötməyib. Deyilən dövrdə 5 milyard 790 milyon ABŞ dolları həcmində ixrac əməliyyatı gerçəkləşdirilib (37% azalma).
Buna da bax: 2016-nın yanvar-avqust ayları: Azərbaycanın ticarət balansında nə yenilik var?
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrlə 11 milyard 330 milyon ABŞ dollar həcmində ticarəti olub.
Əsas malların ixracında azalma faizləri (statistik dəyər):
Xam neft – 34,84 %
Neft məhsulları – 55,75%
Təbii qaz – 45,77%
Elektrik enerjisi – 32.78%
Çay – 64,08%
Bitki və heyvan mənşəli piy və yağlar – 89,99%
Şəkər – 72,21%
Spirtli və spirtsiz içkilər – 26,5%
Kimya sənayesi məhsulları – 42,88%
Plastmas və onlardan hazırlanan məmulatlar – 11,96%
İxracatı artan mal və məhsullar:
Əsas ixrac mallarından qara metal və ondan hazırlanan məmulatlar – 203,56%
Pambıq iplik – 45,61%
Alüminium və ondan hazırlanan məmulatlar – 4,78%
Meyvə-tərəvəz – 31,92%.
İdxalı artan əsas məhsullar:
Meyvə-tərəvəz – 109,41%
Ət – 70,12%
Çay – 185,23%
Bitki və heyvan mənşəli piy və yağlar – 53,49%
Şəkər – 29,83%.
Buğda idxalı azalıb
Buğda idxalının azalması diqqət çəkir. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 17,24% azalıb.
Buna da bax: İdxalda «dekabr sindromu»
Bundan başqa əczaçılıq məhsulları idxalı 36,46% aşağı düşüb. Ötən illə müqayisədə xaricdən daha az qara metal və ondan hazırlanan məmulatlar (19,91% az), tütün və tütün məmulatları (48,71% az), nəqliyyat vasitələri və onların hissələri (44,44% az) gətirilib. Bütün bunlara, təbii ki, manatın dəyərsizləşməsi də təsir göstərib.