Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:07

Mariupoldan Finlandiyaya aparan yol


Viktoriya Kuznetsova və Denis Fedotov
Viktoriya Kuznetsova və Denis Fedotov

Mariupol sakinlərinin bir qismi ya Ukraynada separatçıların nəzarətində olan ərazilərə, ya da Rusiyaya getməyə məcburdurlar

Denis Fedotov Rusiyanın bombardmanında üç barmağını itirib. O, hamilə həyat yoldaşıyla Ukraynanın Mariupol şəhərindən Rusiyaya, oradan da Finlandiyaya gedub. Rusiya sərhədçilərinin onları soyunduraraq üstündə axtarış aparmasından, saatlarla dindirməsindən danışır.

“Psixoloji dindirmə idi. Onlar soruşurdular ki, Ukrayna əsgərlərini tanıyırammı, dünən nə yemişəm, niyə arvadımla Mariupolda hərbi baza yaxınlığında mənzil kirələmişəm”, – Fedotov AzadlıqRadiosu-nun “North.Realities” portalına deyib.

“Filtrasiya düşərgələri”

20 yaşlı Fedotov 19 yaşlı həyat yoldaşı Viktoriya Kuznetsova ilə həyatının ən çətin təcrübəsini bölüşür. Onlar Rusiyanın mühasirəsində olan şəhərdəki evlərində bir çanta və evdə saxladıqları səkkiz siçanla çıxıblar. Nəzarət məntəqələrindən keçərək Rusiyaya gediblər, orada olan-qalan qiymətli əşyalarını da sataraq Finlandiyaya yollanıblar.

Cütlük hazırda Finlandiyanın şərqində, Rusiya ilə sərhəddə yerləşən Joensuu şəhərində qalırlar, sığınacaq üçün müraciət ediblər, oğullarının dünyaya gəlişini gözləyirlər.

Fedotov martın 23-də Mariupolu Rusiyanın bombalaması nəticəsində əlindən yaralanıb, dostu isə qıçından xəsarət alıb. O, Finlandiyaya çatandan sonra dostunun sağ qaldığnı öyrənib.

Mariupol dünyadan təcrid olunub, şəhərdə nə baş verdiyini müstəqil təsdiqlətmək mümkün deyil. Şəhər yaxınlığında və Ukraynanın başqa yerlərində Rusiyanın “filtrasiya düşərgələri” qurması, evakuasiya olunan dinc sakinləri orda yoxlaması haqda məlumatlar gəlir.

Ukrayna rəsmiləri bu liman şəhərinin azı 95 faizinin dağıldığını, mühasirədə 21 mindən çox insanın həlak olduğunu bildirirlər.

“İtləri param-parça oldu”

“Hər tərəfdən atəş açırdılar. Bir gün qonşunun evinə mərmi düşdü, bütün pəncərələr qırıldı. Adamlar sağ qaldılar, amma itləri param-parça oldu. Hər gün yatanda da partlayış səsləri gəlirdi, yuxudan oyananda da”, – Fedotov danışıb.

Cütlük əvvəlcə separatçıların nəzarətində olan əraziyə gedib. Rusiya azı bir milyon ukraynalının döyüş gedən ərazilərdən Rusiyaya qaçdığını bildirir. Mariupol sakinlərinin bir qismi ya Ukraynada separatçıların nəzarətində olan ərazilərə, ya da Rusiyaya getməyə məcburdurlar.

Hamilə Kuznetsovada erkən doğuş təhlükəsi yarandığından Donetsk yaxınlığında xəstəxanaya aparılır. Cütlük orada onlarla davranışı xoş xatırlamır. Xəstəxanada tibb bacısı onlara “ukraynalılara nifrət etdiyini” deyib. Kuznetsovanın vəziyyəti sabitləşən kimi onlar Avropaya getməyə qərar verirlər. Fedotovun valideynlər isə Rusiyaya getmək, imkan yaranan kimi Mariupola qayıtmaq qərarına gəlir.

BMT Ukrayna müharibəsi nəticəsində 14 milyonadək insanın evindən didərgin düşdüyünü bildirir. Onlardan 8 milyonu məcburi köçkündür, qalanları ölkədən çıxmalı olub.

XS
SM
MD
LG