Luqanskda vurulan Ukrayna təyyarəsinin qalıqları
İyunun 14-ə keçən gecə separatçı yaraqlıların raketlə vurduqları təyyarə Luqansk ətrafında Novoqradovka kəndinin yaxınlığında yerə düşərək yanıb. Onun qalıqları 100 metrə yaxın bir zolağa səpələnib. Bu əraziyə qondarma Luqansk respublikası ordusunun silahlıları nəzarət edir. 49 hərbçinin həlak olduğu bu hadisə ilə bağlı iyunun 15-də Ukraynada matəm elan olunub. (Reuters)
UKRAYNA-RUSİYA MÜNQAİŞƏSİNİN ƏSAS SƏBƏBİ
Bu videodakı maşın kortejinin Ukrayna prezidentinə məxsus olduğu bildirlir. Soruşmaq olar ki, onun ölkənin şərqindəki hərbi münaqişəyə nə aidiyyatı? Xatırlayırsınızsa, Ukraynanın problemləri Ruisyayönlü ittifaq əvəzinə Avropaya yaxınlaşmağı seçəndən sonra başladı. Bu seçim isə müəyyən mənada prezidentinə görə öz vətəndaşını avtomobil tıxaclarında saxlayan sitemlə, sfetofor qarşısında hamını eyni edən siyasi üstüqurum arasındakı seçim idi. Ukraynalıların bu qərarı Volvo ilə Lada arasında edilən seçim kimi təbii olduğu qədər, bəşəriyyət tarixinə həm də Kalaşnikov avtomatlarının vətəni kimi düşən Rusiyanın reaskiyası da bir aksiomdur.
QRAD QURĞULARI
Bu silahlar son illərin bütün hərbi münaqişələrinin əsas atributlarından biridir. Əfqanıstdanda, Afrikada, Qarabağda, Çeçenistanda, Gürcüstanda şəhər və kəndləri yerlə yeksan edir, kütləvi insan tələfatı doğurur. İyunun 13-də Donetsk vilayətinin Dobropolye şəhərində separatçıların gözlənilmədən işə saldığı bu qurğunun məhv edildiyi bildirlir. Bir mənbə deyir ki, yaraqlılar özləri onu minalayıb aradan çıxıblar. Başqa mənbə isə Qradın cavab atəşi ilə məhv olunduğunu iddia edir. Luqanskdan fərqli olaraq burada Ukraynalıların bəxti gətirib - Qraddan istifadə edən adamlar nişanı səhv götürdüklərindən raketlər Ukrayna təhlükəsizlik qüvvələrinin nəzarət postundan xeyli aralı, tərəvəz bazasına düşüb. Dobropolye əsas münaqişə nöqtələrindən kənardadır, separatçılar bu qurğunu hardan ələ keçirib, maneəsiz olaraq Dobropolyeyə necə gəliblər? Məlum deyil. Ukrayna tərəfi sanki Rusiyanı ifşa etmək üçün bu qurğuların Rusiyaya məxsus olmasını sübut edən fotolar yayır. Amma Rusiyanın münaqişədəki iştirakını heç Donbass yaraqlılarının özləri də inkar etmirlər.
Rusiya isə öz növbəsində Ukraynanı ittiham edir. İddia edirlər ki, Ukrayna zirehli tenikası Rusiyanın sərhəddini pozub. Bu hadisəni çəkən Ukrayna jurnalisti, Hromadska TV-nin əməkdaşını isə nədənsə həbs ediblər. Onun reportajında görürük ki, Rusiya hərbçiləri Ukrayna bayraqlı BMP-ni nəzərdən keçririlər, BMP-də heç kim yoxdur. BMP orada nə gəzir, həmin ərazi kimə məxsusdur, Ukraynaya, yoxsa Rusiyaya? Bu suallara cavab verəcək jurnalistin işi hərbçilər tərəfindən dayandırılıb.
QORLOVKA POLİS BİNASINA HAVA ZƏRBƏLƏRİ
İyunun 14-də sübh çağı Qorlovka şəhər polis idarəsinin binasına hava zərbələri endirilib. Binanın Rusiyameylli yaraqlılar tərəfindən qərargah kimi istifadə olunduğu bildirlir. AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına əsasən binanın 3 və 4-cü mərtəbələrində yanğın baş verib. Donetsk vilayət admisnitrasiyasının xəbərinə əsasən, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.