SEPARATÇILARIN PUSQUSUNDA 3 ƏSGƏR ÖLÜB
Mariupolda hərbçilər pusquya düşüb. Mayın 14-də sərhədçilərin hərbi karvanı pusquya düşüb. Şəhər kənarındakı körpüdən keçərkən maşın karvanına qumbaratanlardan arəş açılıb. Sərhəd xidmətinin rəhbəri Oleg Slobodian 3 hərbçinin öldüyünü bildirir.
VURDUQLARI TƏYYARƏDƏ QƏNİMƏT AXTARIRLAR
Luqansk separatçıları gecə vurulan İL-76 təyyarəsinin qalıqları arasında silah və sursat axtarırlar.
#Ukrayna ağır itkilərlə üzləşir http://t.co/7ceFBZAHwN
— AzadliqRadiosu (@RadioAzadliq) 14.6.2014
QORLOVKA POLİS BİNASINA HAVA ZƏRBƏLƏRİ
İyunun 14-də sübh çağı Qorlovka şəhər polis idarəsinin binasına hava zərbələri endirilib. Binanın Rusiyameylli yaraqlılar tərəfindən qərargah kimi istifadə olunduğu bildirlir. AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına əsasən binanın 3 və 4-cü mərtəbələrində yanğın baş verib. Donetsk vilayət admisnitrasiyasının xəbərinə əsasən, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.