Kiyevdə bir qrup adam Rusiya səfriliyinin qarşısında piket keçirərək Rusiyanı Ukraynanın daxili işlərinə qarışmasına etiraz edirlər. Tədbirdən canlı yayıma AzadliqRadiosu Ukrayna xidmətinin YT səhifəsində baxmaq olar.
UKRAYNA SEPARATÇILARA ""ADEKVAT CAVAB" VƏD EDİR
Ukrayna prezindeti Petro Poroshenko bildirib ki, Luqansk aeroportunda hərbi-yük təyyarəsini vuran yaraqlılara adekvat cavab veriləcək. Poroshenko Ukrayna təhlükəsizlik xidmətinə (SBU) irad tutub ki, antiterror əməliyyatı rəhbərləri uçuşların təhlükəsizliyini təmin etməyiblər.
#Ukrayna xarici işlər naziri deyir bu, təxribatdır http://t.co/84AsYG6DV3
— AzadliqRadiosu (@RadioAzadliq) 15.6.2014
SLAVYANSK SƏADƏTİ
Bu ironiyaya jurnalistlər dəfələrlə diqqət yetiriblər. Təsadüf idi, yoxsa Donbassda silahlı münqaişə müəllifləri qəsdən bu addımı atmışdılar, amma əhalisi əsasən slavyan xalqlarından olan Ukrayna ilə Rusiya tərəfdarlarının silahlı toqquşma mərkəzi məhz Slavyansk adını daşıyan şəhər seçilmişdi. Bu günlərdə hadisələrin gedişi bizə daha bir semantik ironiya təqdim edir: iyunun 14-də və 15-də Luqanskın 24 kilometrliyində yerləşən kiçik Scastye (Xoşbəxtlik) şəhərində ağır döyüşlərin baş veridyi bildirilir. Burada əvvəl Ukrayna ordusunun ağır texnikasının görüntüləri yayıldı. Sonra isə separatçıların şəhər ətrafındakı blok-postlarına qarşı hərbi vertolyot hücumlarının həyata keçirildiyi haqda məlumatlar yayılır.
AzadliqRadiosu Ukrayna xidmətinin məlumatına görə, Luqansk separatçılarının həbs edərək işgəncəyə məruz qoyduğu Aleksander Reshetniak adlı gənc Luqansk xəstəxanasının reanimasiya şöbəsində keçinib. Bildirilir ki, separatçılar onu SBU-da işgəncələr verərək könüllülərdən təşkil olunmuş "Aydar" batalyonu haqda məlumatlar almaq istəyiblər. İşgəncələrdən sonra isə onu güllə ilə ağır yaralayıblar. Bildirlir ki, "Aydar" batalyonu Scastye-nin yaraqlılardan təmizlənməsində iştirak edib.