Digər tərəfdən Rusiya sərhədə qoşun yığdığı xəbərləri yayılıb/ #ukrayna #ukraine... http://t.co/MtTb9wqxWB
— AzadliqRadiosu (@RadioAzadliq) 20.6.2014
#Ukrayna Poroshenko deyib ki, atəşkəs saxlanmasa, alternativ planı var http://t.co/vJhkwfMf8G
— AzadliqRadiosu (@RadioAzadliq) 23.6.2014
#Ukrayna Kramatorsk, Slavyansk, Artyomvsk və digər şəhərlərdə atəşkəs 11 dəfə pozulub http://t.co/VWi6rkL8jN
— AzadliqRadiosu (@RadioAzadliq) 23.6.2014
Ukrayna böhranı iyunun 23-də AB xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Bir neçə gündən sonra Brüsseldə Kiyevlə tarixi assosiasiya sazişi imzalanacaq.
İyunun 27-də imzalanacaq saziş noyabrda Ukraynada böhrana səbəb olub.
Luksemburqdakı görüşə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin qatılacaq. Görüşə AB xarici siyasət rəhbəri Catherine Ashton sədrlik edəcək.
AB nazirləri İraqdakı durumu da müzakirə edəcək. Sünni yaraqlılar ölkənin qərbində böyük əraziləri tutmaqdadır. Şiə baş nazir Nuri al-Maliki-nin təhlükəsizlik qüvvələri geri çəkilir. BMT-nin İraqda xüsusi müşaviri Nickolay Mladenov bazar ertəsi görüşə qatılacaq.
AB rəsmiləri deyib ki, nazirlər Əfqanıstanda vəziyyəti də müzakirə edəcək. Burada saxtakarlıq səbəbindən seçkinin nəticələrinin hesablanması dayanıb.