-
AzadlıqRadiosunun «İz» proqramı Qara Aprel ərəfəsində bu suallarla tarixçi alim və siyasətçilərə üz tutub:
- 1920-ci ildə niyə təqvim pozuldu: aprel maydan sonra gəldi?
- 28 Aprel olmasaydı, daha hansı arzulanmaz variantlar gerçəkləşə bilərdi?
- O dönəmin Bakısında siyasi durum necə idi?
- «Cümhuriyyət hökuməti zəif idi!» deyənlər nə dərəcədə haqlı sayıla bilərlər?
- 28 Apreli təqvimə bayram kimi al-qırmızı hərflərlə yazanlar kimlərdir?
- Azərbaycan istiqlalının boğulmasında yerlilərdən kimlərin əli oldu?
- Bu olayda Türkiyənin rolu nə dərəcədə idi? Tarixçilər niyə bu barədə danışmağı xoşlamırlar?
- Bolşevik Həmid Sultanov nədən «bizə hakimiyyəti boşqabda gətirdilər!» dedi?
- Və nəhayət, Aprel işğalından hansı dərslər alına bilər?
Aprelin 24-də saat 23-də AzadlıqRadiosuna köklənsəniz, bu və bənzər suallara cavab tapacaqsınız.
Bu «İz»i itirməyin.