Yanvarın 26-da saat 14-də Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-jurnalist Nəcibə Bağırzadənin Rəsulzadələr ailəsi haqqında yazdığı növbəti kitabın təqdimatı olub.
Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsul Rəsulzadəyə həsr olunmuş kitab ilk dəfə işıq üzü görən arxiv sənədləri əsasında yazılıb.
Buna da bax: 'Rəsulzadə dedi: 'Bu bayrağı vətənə kim çatdıra bilər?''
Nəcibə Bağırzadə Rəsulzadələrə həsr olunan “Gecikmiş etiraf kimi”, “Azərbaycan həsrəti” və “Uzaqdakı yaxınlar” kitablarının müəllifidir.
Rəsul Rəsulzadə 1914-cü ildə Bakıda doğulub.
1938-ci il yanvarın 15-də “Müsavat” liderinin oğlu” kimi həbs olunub, həmin il martın 5-dən 6-na keçən gecə güllələnib.
Buna da bax: Rəsulzadə 1965-ci ildə: 'Əvvəl sənədlərimi götürmək istəmirdilər...'
AzadlıqRadiosu-nun “İZ” proqramının bazar günü efirə gedəcək sayında kitab haqqında daha geniş danışılacaq.