Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:08

Cəmil Həsənli: ‘Həbslərin arxasında İlham Əliyev dayanır’


Cəmil Həsənli. 30avq2017
Cəmil Həsənli. 30avq2017

“Əliyevlər hakimiyyətinin elə bir dövrü, mərhələsi olmayıb ki, Azərbaycanda siyasi məhbuslar olmasın. Hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda 160 nəfər siyasi məhbus var. Ancaq mən əminəm ki, siyasi müdaxilələrlə həbs olunanların sayı daha çoxdur. 10 milyonluq bir ölkədə 160 nəfərin siyasi məhbus olmasının özü də çox böyük rəqəmdir”.

Bu sözləri siyasi məhbus hesab edilən şəxslərə azadlıq tələbi ilə keçirilən “Azadet” kampaniyası ilə bağlı tədbirdə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyib. Tədbir “Nida” Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Müsavat Partiyasının qərargahında keçirilib.

Buna da bax:​ Cəmil Həsənli: 'Bu vəziyyəti yaradan İlham Əliyevdir'

Müsavat partiyasının qərargahında tədbir. 30avq2017
Müsavat partiyasının qərargahında tədbir. 30avq2017

C.Həsənli Sovet Sosialist Respublikaları İttifaqındakı (SSRİ) siyasi məhbusların sayının belə Azərbaycandakından az olduğunu vurğulayıb.

“250 milyonluq SSRİ dövründə siyasi məhbusların sayı bu qədər deyildi. Orda da dissidentlər vardı, ancaq sayları bu qədər deyildi”, – deyən C.Həsənli mətbuatla bağlı məsələlərə də toxunub.

“Mehman Əliyevdən (“Turan” İnformasiya Agentliyinin direktoru, hazirda həbsdədir) sonra da həbsləri hakimiyyət qruplarının hansı iləsə bağlamaq istəyirlər. Məsələni belə təqdim etmək istəyirlər ki, guya, İlham Əliyevin xəbəri yoxdur, həbsləri hansısa qruplaşma, Rusiyanın 5-ci kolonu həyata keçirib. Bunlar hamısı illüziyadır. Bu həbslərin arxasında bilavasitə İlham Əliyev dayanır. Hökmləri, qərarları bilavasitə İlham Əliyev verir. Buna görə də həbs edilənləri həm də Əliyevin məhbusları adlandırmaq lazımdır”.

Buna da bax:​ İsa Qəmbər: “Əsas məqsəd azad sözü boğmaqdır”

C.Həsənli deyib ki, 10-15 il öncə Azərbaycan Qafqaz, indi isə asanlıqla ərəb ölkələri, monarxiyaları, Orta Asiya diktaturaları ilə müqayisə edilir.

“Azərbaycanı bu həddə İlham Əliyevin yeritdiyi siyasət gətirib çıxarıb. Bu gün Azərbaycan hakimiyyəti çiyninə bir narkotika heybəsi atıb, küçə-küçə dolaşıb, öz sözünü demək istəyən gənclərin cibinə narkotika qoymaqla məşğuldur”.

İsa Qəmbər: Əliyev-Paşayev rejimi...

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər son hadisələrə, özəlliklə də “Turan” Agentliyinin direktoru Mehman Əliyevin həbsinə toxunub. O, həbslərin səbəbini hakimiyyətin fərqli fikrə dözə bilməməsi kimi izah edib.

Buna da bax:​ Cəmil Həsənli: 'Ötən 25 ildə Mehman hökumətdən heç bir maliyyə yardımı almayıb'

İsa Qəmbər
İsa Qəmbər

“M.Əliyevin niyə həbs olunması sualı ictimaiyyəti maraqlandırır. Çünki həbs olunacağı ehtimal olunan şəxslərin sırasında M.Əliyevin adı birinci deyildi. Ancaq hakimiyyət onu həbs etdi və onun motivləri maraqlıdır. Müxtəlif versiyalar var idi. Ancaq dəqiqləşir ki, bu, bütövlükdə rejimin mahiyyətindən irəli gələn addımdır. Bu rejim fərqli, müxalif fikrə dözə bilmir. Bu rejim heç müstəqil fikrə də dözə bilmir. Əliyev-Paşayev rejimi “Turan”ın, onun rəhbəri Mehman Əliyevin müstəqil mövqeyinə dözümsüzlüyünü nümayiş etdirmiş oldu”, – İ.Qəmbər bildirib.

Müsavat Partiyası başqanı Arif Hacılı isə Azərbaycanda demokratiyaya keçidin vacibliyindən danışıb.

“Ənənələr sübut edir ki, Azərbaycan qısa zamanda demokratik üsul-idarəyə keçid edə bilər, Bunun qarşısını alan yeganə amil, qüvvə bu gün hakimiyyətdə olan rejimdir. Hakimiyyət repressiyalarla, inzibati resurslarla, söz və ifadə azadlığının qarşısını almaqla, sərbəst toplaşmaq hüququnu ləğv etməklə, fəal insanları həbsə atmaqla demokratiyaya keçidin qarşısını alır”.

Buna da bax:​ Mehman Əliyev buraxılmadı

Arif Hacılı deyib ki, siyasi məhbusların azadlığa çıxması yolunda Müsavat Partiyası istənilən hüquqi təşəbbüsü dəstəkləməyə hazırdır.

Tədbirdə hüquq müdafiəçiləri, gənclər, siyasətçilər, məhbus ailələri, ABŞ və Almaniya səfirlikləri, media nümayəndələri iştirak ediblər.

Xatırlatma

“NİDA” Vətəndaş hərəkatı və bir qrup gənc bir neçə gün əvvəl siyasi məhbus sayılan şəxslərlə bağlı “free” “azadet” kampaniyasına başlayıblar. Onlar deyir ki, bu kampaniyayla yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı siyasi məhbus probleminə yönəltmək istəyirlər.

Buna da bax:​ Yenilənmiş 'siyasi məhbus' siyahısı açıqlanıb

Yerli hüquq müdafiəçiləri Azərbaycanda hazırda 160 civarında siyasi məhbusun olduğunu bildirir.

Hökumət nümayəndələri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar dəfələrlə çıxışlarında bildiriblər ki, Azərbaycanda əqidəsinə, siyasi mənsubiyyətinə görə heç kəs həbs edilməyib. Siyasi məhbus sayılan şəxslər isə konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Üstəlik, rəsmilər bəyan edirlər ki, ölkədə sərbəst toplaşmaq azadlığı da təmin edilib. Müxalifət son illər bir neçə dəfə Bakının “Məhsul” meydanında aksiya keçirib. Hakimiyyət təmsilçilərinin mövqeyinə görə, sadəcə xalq müxalifətin aksiyalarını geniş şəkildə dəstəkləmir.

Buna da bax: Hüquq müdafiəçiləri M.Əliyevə görə prezidentə üz tutdular

Rəsmilər Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi xətti ilə qəzetlərə edilən maddi yardımı, jurnalistlərə payalanan pulsuz evləri də hakimiyyətin jurnalistikaya müsbət diqqəti kimi dəyərləndirirlər.

Buna da bax:

Gənc fəallar 'siyasi məhbuslar'a dəstək aksiyası keçirdilər
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

XS
SM
MD
LG