Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:47

Mehriban Əliyevadan 10 min nəfərlik amnistiya təşəbbüsü


Mehriban Əliyeva
Mehriban Əliyeva

►3500 nəfər azadlığa çıxacaq

28 May - Rüspublika Günü öncəsində amnistiya gözlənilir.

Ölkə başçısının xanımı, deputat Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət edib.

Bu haqda mayın 17-də parlamentin vitse-spikerti Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında danışıb.

Vitse-spiker bildirib ki, amnistiya aktı 10 min məhkumu əhatə edəcək. 3500 məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad olunması təmin olunacaq.

Yeni amnistiya aktı layihəsinin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınları, cinayət törədərkən 18 yaşına çatmayanları əhatə edəcəyi bildirilir. Habelə, ondan birinci, ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, yetkinlik yaşına çatmayan əlil övladı olanların yararlanacağı gözlənilir .

Parlament Mehriban Əliyevanın müraciətinə mayın 20-də baxmalıdır.

M. Əliyeva indiyədək 4 dəfə amnistiya aktının təşəbbüskarı olub.

O, sonuncu dəfə 2013-cü ilin aprelində keçmiş prezident Heydər Əliyevin doğumunun 90 illiyi münasibətilə belə təşəbbüslə çıxış etmişdi.

Həmin təşəbbüs parlamentdə qəbul olunmuş və 9000 nəfərə şamil edilmişdi. Həmin amnistiya zamanı 2000-dən artıq məhkum azadlığa çıxmışdı.

Buna da bax: "Oğlumu 5 dəqiqənin içində öldürdülər"

"Oğlumu beş dəqiqənin içində öldürdülər"
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Heydər Əliyevin sovet rəhbəri Leonid Brejnevin qarşısında çıxışı

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG