Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:42

Mehriban Əliyevanı müdafiə edirlər: "Erməni lobbisi..."


Səməd Seyidov
Səməd Seyidov

►Səməd Seyidov: “Bu, səviyyəsiz çağırışdır”

“The New York Times” qəzeti yazır ki, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı mükafatlandıran UNESCO Azərbaycanın birinci ledisinə 12 il öncə verdiyi titulu geri almalıdır.

Qəzet bunu xanım Əliyevanın “UNESCO-nun ideallarını, o cümlədən də informasiya azadlığını irəli aparmaqdan çox, qurumun adını batırması ilə” izah edirdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, ölkədə keçirilən nüfuzlu musiqi və idman yarışlarının təşkilat komitələrinin rəhbəri olmaqla yanaşı, həm də millət vəkilidir.

“BÖHTANDIR...”

Birinci ledinin parlamentdə üzvü olduğu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qəzetin çağırışını “səviyyəsiz” adlandırır.

O AzadlıqRadiosuna açıqlamasında deyir ki, bu cür çağırışların arxasında Azərbaycanı sevməyən qüvvələr durur. Səməd Seyidovun sözlərinə görə, məhz onların sayəsində bu gün Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməyib. Səməd Seyidov Azərbaycanı sevməyənlərin hər zaman ölkə prezidentinin, onun birinci xanımın ünvanına böhtan atdığını bildirir. Deputat bu cür çağırışları şərh etməyi lazım bilmir və buna görə də ikinci sualı gözləmədən sağollaşır.

____________________________________________________________

Bunlara da bax:
Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət (Audio)
Satıcı: "Veteranların medallarını satmağa gətirənlər çoxalıb"

____________________________________________________________

“MEHRİBAN ƏLİYEVA UNESCO İDEALLARINA SADİQDİR”.

Asim Mollazadə
Asim Mollazadə

Parlamentdə Mehriban Əliyeva ilə eyni Komitənin üzvü olan, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə AzadlıqRadiosuna belə deyir.

O, bir qurumun həm Azərbaycanın araşdırmaçı jurnalistini mükafatlandırmasında, həm də ölkənin birinci xanımını xoşməramlı səfir elan etməsində təzadlı heç nə görmədiyini söyləyir.

Asim Mollazadənin mövqeyi də Səməd Seyidovun mövqeyindən kəskin fərqlənmır: “Mənə elə gəlir ki, hansısa qüvvələr Azərbaycana qarşı informasiya müharibəsinə başlayıblar. Mehriban xanım UNESCO-nun səfiri kimi mədəniyyətin inkişafı üçün çox böyük işlər görür. Ona görə istəməzdim ki, media nümayəndələri, Azərbaycana, ona qarşı tənqiddən istifadə etsin. Erməni lobbisinin nəzarətində olan bəzi media qurumları, bəzi təşkilatlar Azərbaycana qarşı bəhanələr uydurur və bundan ölkənin əleyhinə istifadə edirlər”, - deyir Mollazadə.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib.

O, ittihamları rədd edir və peşə fəaliyyətinə, özəlliklə, prezident və ailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Bu ilin mayında UNESCO Xədicə İsmayılovanı 2016-cı il Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatını verib. Onun adından 25 min dollarlıq mükafatı anası Elmira İsmayılova qəbul edib.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun RADİO proqramında (9 may)

Zaqatalada 4 ildi yardım gözləyən zəlzələ qurbanları
Bakı sakinləri veteranların medallarını satışa çıxaranlar haqda nə düşünür

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (9 may)

Leyla Əliyevanın London mülkü - The Mail on Sunday qəzeti fotolar yaydı

XS
SM
MD
LG