-
Aprelin 29-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin barəsində hökmdən verilmiş şikayətə baxacaq.
Proses hakim Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.
Məmməd İbrahim ötən il sentyabrın 30-da Cinayət Məcəlləsinin 221.1-ci -xuliqanlıq ittihamı ilə həbs olunub. Ondan şikayətçi AXCP-nin keçmiş üzvü Mikayıl Quliyev olub. Sonradan ona qarşı ittiham ağırlaşdırılıb.
Nərimanov rayon Məhkəməsi M. İbrahimi 3 il azadlıqdan məhrum edib