Dünya futbol tarixinin ən məhsuldar hücumçularından olan argentinalı futbolçu Leonel Messi İspaniyanın “Barselona” klubundan gedir.
Bu barədə avqustun 5-də Reüters və digər qərb agentlikləri xəbər verir.
Messi 21 il-faktiki bütün karyerasını bu klubda keçirib.
İyulda onun klubla müqaviləsi sona yetib. Amma klub rəhbərliyi bəyan edib ki, hər iki tərəfin istəyinə baxmayaraq, yeni müqavilə bağlamaq mümkün olmayıb.
Buna səbəb, İspaniya futpol liqasındakı sərt qaydalar olub.
"Sənədi rəsmiləşdirmək mümkün deyil" - "Barselona" nın açıqlamasında vurğulanır.
İdman portallarının məlumatına görə, 34 yaşlı futbolçu klubdakı maliyyə problemlərinə və İspaniya liqasındakı ciddi qaydalara görə getməli olub.
Məlumatlara görə, “Barselona” klubunun gəlirləri son iki ildə-pandemiya dövründə kəskin azalıb. Belə ki, klub ötən mövsümdə futbolçuların maaaşlarına 671 milyon avro xərcləmişdirsə, indi bunu 383 milyona endirməlidir.
Messi bir çox bahalı dünya ulduzlarının oynadığı bu klubda, ilə 90 min avrodan çox maaş alırdı.
Forbes-in versiyasına görə, o, ötən il dünyada ən çox qazanan futbloçuların siyahısına başçılıq edib.
Məlumata görə, futbolçu klubda qalmaq naminə, hətta maaşının 2 dəfə azaldılmasına da razı imiş, amma yeni şəraitə görə klub buna da gedə bilməyib.
Lionel Messi Barselonaya 2000 -ci ildə-13 yaşında gəlib, 3 il sonra əsas komandanın heyətində yer alıb.
Klubda keçirdiyi 778 görüşdə 672 qol vurub.
"Barselona" ilə 10 dəfə İspaniya çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
Bundan başqa 6 dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.