Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Meydan TV-nin işçilərinə qarşı cinayət işi nə yerdədir?


Meydan TV
Meydan TV

-

«Meydan TV-nin işçilərinə qarşı cinayət işi açılıb. Həmin cinayət işi hələ davam edir və başa çatmayıb».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, cinayət işinə cəlb edilən şəxslərin sayı 15 nəfərdən çoxdur. İşi Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi aparıb.

E.Sadıqov ad çəkmədən bu işdə 4-5 jurnalistin hüquqlarını müdafiə edəcəyini söyləyib.

Vəkilin deməsinə görə, ittiham olaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, səlahiyyət həddini aşmaq göstərilir. Bununla yanaşı, Meydan TV-yə qarşı səyyar vergi yoxlamaları da keçirilib. Vəkil deyib ki, adıçəkilən cinayət işi beynəlxalq qurumların da diqqət mərkəzindədir.

«Meydan TV-nin işçilərinə qarşı cinayət işi 2015-ci il avqustun 20-də Mingəçevir polis şöbəsində şəhər sakini Bəhruz Hacıyevin ölümü ictimailəşdirildikdən sonra qaldırılıb. Fikrimcə, burada hansısa cinayətdən danışmaq düzgün deyil. Fəaliyyətlərinə görə jurnalistlərin təqib olunmalarından danışmaq daha asandır», - deyə E.Sadıqov bildirir.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb.

XS
SM
MD
LG