Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:38

Microsoft Rusiyanı ittiham edir


Microsoft-un Çin ofisi
Microsoft-un Çin ofisi

Microsoft-un Rəqəmsal Müdafiə hesabatını sənaye ekspertləri və hökumətlər diqqətlə izləyirlər. Çünki bu şirkətin proqramlarından bütün dünyada istifadə edilir

Microsoft şirkəti ötən il aşkarladığı dövlət səviyyəsində haker hücumlarının əksəriyyətinə görə Rusiyanı ittiham edir. Hakerlərin əsasən ABŞ-ın hökumət agentlikləri və təhlil mərkəzlərini hədəfə aldığı bildirilir.

Şirkət oktyabrın 7-də yaydığı hesabatda fidyə tələb olunan hücumların atdığını vurğulayır. İndiyədək ən çox Birləşmiş Ştatlar hədəfə alınıb.

“Solar Winds”

Microsoft-un Rəqəmsal Müdafiə hesabatını sənaye ekspertləri və hökumətlər diqqətlə izləyirlər. Çünki bu şirkətin proqramlarından bütün dünyada istifadə edilir.

Birləşmiş Ştatlar həm kiber müdaxilələr, həm də fidyə tələbli hücumların artmasından narahatlıq ifadə edir. Prezident Co Bayden administrasiyası “Solar Winds” adlı, ABŞ-ın federal agentliklərinə nüfuz etmiş hücumun tam miqyasını anlamağa çalışır. Ağ ev ABŞ şirkətlərini proqramlarını və kibermüdafiəni gücləndirməyə səsləyib.

Ğtən il Microsoft proqramlarındakı boşluqlardan istifadə edən haker hücumları aşkarlananda onlar haqda geniş məlumat verildi. ABŞ rəsmiləri Rusiyanın SVR adlı xarici kəşfiyyat xidmətini suçlasa da, xidmət iddiaları rədd elədi.

SVR, eləcə də Rusiyanın GRU hərbi kəşfiyyat agentliyi, FSB təhlükəsizlik xidməti aktiv kiberəməliyyatları ilə tanınırlar. Bu əməliyyatlar həm casusluq, həm də ziyan vurmaq məqsədilə gerçəkləşdirilir.

Çin, Şimali Koreya

Hesabatda Şimali Koreya, İran və Çinin də adları keçir; Microsoft bildirir ki, Çinin hesabatda göstərilən, 2020-ci ilin iyunundan 2021-ci ilin iyulunadək həyata keçirilən dövlət səviyyəsində 10 haker hücumundan 1-dən də azında əli olub.

“SolarWinds” hücumunun miqyası və dərinliyi ABŞ rəsmilərini karıxdırıb. Onlar Konqresdən cavab tədbirləri istəyiblər. Rəsmilər Rusiyadan istər dövlət səviyyəsində, istərsə də özəl, kriminal qruplar tərəfindən hücumların heç azalmadığını deyirlər.

Hesabatın əhatələdiyi müddətdə Rusiyanın haker hücumu cəhdlərinin 52 faizdən 58 faizə qalxdığı vurğulanır.

Hücumların qaynaqlandığı ölkələr siyahısında Şimali Koreya 23 faizlə ikinci yerdədir. Çinin payı 8 faizə düşüb.

XS
SM
MD
LG