AXCP sədri Əli Kərimli çıxış edərkən "İstefa" şüarları səslənib və bu zaman elektrik enerjisi kəsilib. Amma Əli Kərimli deyib ki, elektrik enerjisini kəsməklə bizi dayandıra bilməyəcəksiz və biz mitinqimizi davam etdirəcəyik. Bir neçə dəqiqə sonra meydana elektrik enerjisinin verilməsi bərpa edilib.
Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyndir.
O, açılış zamanı ölkədəki ictimai siyasi duruma toxunub.
“Biz uzun müddətdir “Talana yox”, “Yalana yox” tələbləri ilə etiraz aksiyaları keçiririk. Ancaq problemlərin həlli istiqamətində gərəkli addımlar atılmır. Əvəzində şüarlarımıza “Monarxiyaya yox” şüarı da əlavə olunub”, o deyib.
O, ölkə iqtisadiyyatının tənəzzüldə olduğunu bildirib.
“Ölkəyə böyük neft pulları gəlib. Ancaq inkişaf bizdə yox, Gürcüstanda baş verib. Neft pulları Azərbaycana gəlib, əməkhaqları Ermənistanda artır”