Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:38

Nazir rusiyalı həmsədri qəbul edib


C.Bayramov İ.Xovayevi qəbul edir
C.Bayramov İ.Xovayevi qəbul edir

Avqustun 30-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan yeni həmsədri İqor Xovayevi qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, C.Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.

Bildirilir ki, İ.Xovayev də, öz növbəsində, cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib: "Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət,… işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması…barədə məlumat verib".

Məlumata görə, tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

ATƏT-in Minsk qrupu 20 ildən çox Dağlıq Qarabağ münaqişəsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumun həmsədrləridir. ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri bu ilin iyulunda dəyişib.

Kavano: Münaqişənin bitdiyini demək doğru deyil
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

İqor Xovayev kimdir

İqor Xovayev bu vəzifədə İqor Popovu əvəz edib. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59-yaşlı İ.Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.

İ.Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG