Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:14

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rusiyalılar üçün teleqram-kanal açır


MKİ-nin baş qərargahı
MKİ-nin baş qərargahı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rusiyalılar üçün teleqram-kanal açıb və bu kanalda yerləşdirilmiş videoda onları Rusiya Federasiyasının iqtisadiyyatı və ali rəhbərliyi barədə informasiyaları paylaşmağa çağırır.

Müraciətdə abunəçilərə MKİ ilə Tor anonim sistemi vasitəsilə əlaqəyə girmək təklif olunur.

Müraciətdə deyilir:

"MKİ Rusiya barəsində bütün həqiqəti bilmək istəyir və biz bu həqiqəti bilən və bizə danışacaq etibarlı adamlar axtarırıq. Sizin verdiyiniz informasiya düşündüyünüzdən daha qiymətli ola bilər”.

MKİ habelə Rusiya hərbçilərini, diplomatlarını, alimlərini və IT mütəxəssislərini əməkdaşlığa dəvət edir.

"Bizimlə əlaqə yaratdıqdan sonra səbirli olun. Biz sizi igidliyinizə görə mükafatlandıracağıq. Biz ötürülmüş sənədləri diqqətlə araşdıracağıq ki, müvafiq cavab verək və sizin təhlükəsizliyinizi təmin edə bilək”.

AzadlıqRadiosunun Ukrayna xidməti bildirir ki, sözü gedən video YouTube, Twitter, Instagram və Facebook da daxil başqa sosial media platformalarında da paylaşılıb.

Dövlətə xəyanət

MKİ-nin bu layihəsində iştirak edən mənbələr CNN telekanalına deyiblər ki, Ukraynadakı hərbi əməliyyatlar “rusiyalıların bizə yaxınlaşıb ABŞ üçün gərəkli olan informasiyanı verməsi üçün tarixi imkan yaradıb”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu xəbəri şərh edərkən RBK agentliyinə deyib ki, MKİ-nin teleqram-kanalı ora müraciət edənlərin aşkarlanması üçün “çox rahat resursdur”.

2022-ci ilin yayında prezident Vladimir Putin hərbi əməliyyatlar şəraitində düşmənin tərəfinə keçilməsini dövlətə xəyanətlə bərabərləşdirən qanun imzalayıb.

Rusiyanın Cinayət Məcəlləsinə “xarici xüsusi xidmətlərlə məxfi əməkdaşlığı” Rusiyaya qarşı cinayət əməli edən maddə əlavə olunub.

Bu maddə təqsirkarın 8 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

XS
SM
MD
LG