►Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi Molla Cümənin anadan olmasının 160 iliyi tamam olur.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, dekabrın 4-də saat 19.00-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bu adlı-sanlı aşığın 160 illik yubiley gecəsi keçiriləcək. Molla Cümə 1854-cü ildə Şəki rayonunun Layiski kəndində doğulub.
Molla Cümənin əsərləri on-line kitabxanamızda
Uşaqlıqdan saza-sözə xüsusi maraq göstərib, erkən yaşlarından saz çalıb, Şəki-Zaqatala-Balakən və Dərbənd bölgəsində el-oba məclislərində ifası, sözü ilə ad çıxarıb. Molla Cümə Azərbaycan aşıq sənəti tarixinə yenilikçi aşıq-şair kimi düşüb.
Onun aşıq şeiri formaları üzərində apardığı təkmilləşdirilmələr saz-söz ustadları tərəfindən yüksək qiymətləndirilib.
Molla Cümə 1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyətini işğal edən bolşevik ordusu ilə döyüşlərdə həlak olub.