AzadlıqRadiosunun «İz» proqramı bu sayını əfsanəvi «Molla Nəsrəddin» dərgisinə həsr edir.
Düz 111 il əvvəl 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadənin redaktorluğuyla Azərbaycan türkcəsində ilk satirik jurnalın nəşri başlandı.
Tiflisdə çıxan bu dərgi çox tezliklə müsəlman şərqinin hər yerində əl-əl gəzdi.
«Sizi deyib gəlmişəm!»-deyə oxuculara üz tutan və türk xalqlarının sevimli və əfsanəvi müdriki Molla Nəsrəddinin adını daşıyan bu jurnal indiyədək Azərbaycanın ən çox oxunan və ən geniş yayılan dərgisi sayılır.
- «Molla Nəsrəddin» niyə Bakıda deyil, Tiflisdə çıxdı?
- O dövrdə Bakıda satirik jurnala ehtiyac yox idimi?
- Bakı mövzusu jurnalın prioriteti oldumu?
- Jurnalın Bakı dövrü Tiflis və Təbriz dövrlərindən nə ilə fərqlənirdi?
- Azərbaycanda nə vaxt satirik nəşrlərə ehtiyac duyulur?
- Əgər Mirzə Cəlil «Molla Nəsrəddin»i indi buraxsaydı, dərginin nəşri nə qədər davam edə bilərdi?
- Və nəhayət, indi ölkədə «Sizi deyib gəlmişəm!» şüarını haqq edən çoxmu media orqanı var?
AzadlıqRadiosunun aprelin 9-da saat 23-də efirə gedən «İz» proqramında bu və digər suallara cavab aranacaq.
Bu «İz»i itirməyin!
Mətbuat tarixinin şərəfli dövrü bugünlə müqayisədə vərəqlənəcək!