Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Müdafiə Nazirliyindən xəbərdarlıq: Facebookdan silin!


Muğam ifaçısı Qoçaq Əsgərov işğaldan azad olan Lələ Təpə yüksəkliyində Qarabağ şikəstəsini oxuyur.
Muğam ifaçısı Qoçaq Əsgərov işğaldan azad olan Lələ Təpə yüksəkliyində Qarabağ şikəstəsini oxuyur.

►"Bu həm həmin mövqelərdəki Azərbaycan hərbiçilərinə təhlükə yaradır, həm də qarşı tərəf bundan yararlana bilər"

Müdafiə Nazirliyinin mətbuat xidməti yeni açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalq orduya müxtəlif sahələrdə hərtərəfli dəstəyini əsirgəmir:

"Bir daha xatırladırıq ki, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk”.

*Youtube Kanalımıza abunə olun

Məlumatda qeyd edilir ki, silahlı qüvvələr dövlətin, şəxsən prezident, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub. Təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə surətdə həyata keçirilir:

“Bundan əlavə, bütün sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edirik. İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri apardıqları foto və video çəkilişlərini təəssüflər olsun ki, internet resursları vasitələri ilə yayırlar.”

Mətbuat xidmət həmin foto və videoların internet resurslarından təcili surətdə silinməsi xahiş edir. Nazirlik hesab edir ki, bu həm həmin mövqelərdəki Azərbaycan hərbiçilərinə təhlükə yaradır, həm də qarşı tərəf bundan yararlana bilər.

Həmçinin baxın: AzadlıqRadiosunun Youtube Kanalından izləyin:

XS
SM
MD
LG