Avqustun 17-də əfsanəvi müğənni Müslüm Maqomayev 75 yaşını tamamladı.
AzadlıqRadiosunun «İz» proqramı bu yubiley şərəfinə həftə boyu özünün növbəti dastanlarından birini sizə təqdim edir.
«Hə» imperiyasının Mister «Yox»u adlanan dastan əfsanəvi müğənni Müslüm Maqomayevə həsr olunub.
Veriliş Müslüm bəyin sonuncu---«Proşay, Baku!» mahnısından yola çıxaraq hazırlanıb.
Bu mahnını Müslüm bəy ölümündən bir az əvvəl evindəki studiyada yazdırıb...
Sergey Yeseninin sözlərinə yazılmış mahnı müğənninin doğma şəhərə vidasıdır...
Verilişdə hər şeyi sanki Müslüm bəy özü danışır.
Çünki veriliş boyu böyük müğənninin dünya mediasında çıxan müsahibələri canlandırılır.
Beləliklə, Müslüm Maqomayevin dünyaya gəlişinin 75 illiyində həftə boyu böyük müğənniyə qoşulub «Əlvida, Bakı» söyləyək!
Əlvida Bakı! Son ayrılıq qapıda.
İndi içimdə qəm və qorxu və xof.
İndi ürək daha üzgün, düz əlimin altında,
İndi tam bilinir nə deməkmiş dost…
Bu «İz»i itirməyin.