Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:26

Gürcüstan 'Şahdəniz Mərhələ 2'ni seçir [video]


Gürcüstan Azərbaycandan nə qədər asılıdır?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Gürcüstan azərbaycandan nə qədər asılıdır? [A-Live]

Gürcüstanda jurnalist Əfqan Muxtarlının həbsinə etirazlar keçirildiyi vaxt Azərbaycanda 24-cü Beynəlxalq Neft və Qaz sərgisi keçirilir.

Gürcüstanın baş nazirinin müşaviri Giorgi Vashkamadze də bu konfransa qatılıb. O, AzadlıqRadiosu-na deyib ki, Bakıya bir baş Brüsseldən gəldiyindən Əfqan Muxtarlının həbsindən xəbərsizdir. O, Azərbaycan və Gürcüstan arasında tarixi əməkdaşlığın olduğunu, və gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb:

Buna da bax:​ Gürcü naziri: 'Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək...'

Giorgi Vashkamadze
Giorgi Vashkamadze

“Biz öz mövqeyimizi körpü kimi istifadə etməliyik. Hamı Avropaya qaz satmaq istəyir. "Şahdəniz 2" nəhəng layihədir və başa çatmağına az qalıb. İndi "Şahdəniz 3" və digərləri haqda fikirləşmək, Türkmən qazını cəlb eləmək, arteriyanı gücləndirmək lazımdır. Amerika öz qazını Avropaya satırsa, bu bizim ölkələrə yaxşı nəsə vəd eləmir. Amma Azərbaycan və Gürcüstandan Türkmən qazı keçsə bu bizlər üçün çox vacib və faydalı olar”.

Gürcüstana qaz nəql edəcək “Şahdəniz Mərhələ 2” üçün inşa olunan platformadan birinin üst tikililəri dənizə yola salınıb. İyunun 1-də keçirilən mərasimə prezident İlham Əliyev də qatılıb. Prezident.az saytı yazır ki, “Şahdəniz Mərhələ 2” layihəsi üzrə Gürcüstan da daxil, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyaya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlham Əliyev deyib ki, bu gün tarixdə qalacaq:

Buna da bax:​ 'Muxtarlının oğurlanması'na Gürcüstan rəsmilərinin reaksiyaları

Gürcüstana qaz nəql edəcək “Şahdəniz Mərhələ 2” platformaları. 01 iyun 2017
Gürcüstana qaz nəql edəcək “Şahdəniz Mərhələ 2” platformaları. 01 iyun 2017

“Çünki bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi şəkildə açıq elan edirik. Bir neçə gündən sonra bu qurğular dənizə göndərilib, Şahdəniz yatağında quraşdırılacaq. Bu böyük tarixi hadisədir”.

"Şahdəniz Mərhələ 2" üzrə ilk qaz 2018-ci ildə Gürcüstan və Türkiyəyə, 2020-ci ildə isə Avropaya nəqli gözlənilir.

Neft-qaz məsələləri üzrə ekspert Kəmalə Mustafayeva düşünür ki, Gürcüstan Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edə bildi. Amma bu o demək deyil ki, bu əməkdaşlıqdan təkcə Gürcüstan udur:

Buna da bax:​ Gürcüstan müxalifəti Əfqan Muxtarlıya görə güc qurumları rəhbərlərinin istefasını tələb edir

“Azərbaycan nə etsə də Gürcüstanla enerji əlaqələrini saxlamağa məcburdur. Çünki bu iki ölkə bir-birinə bağlıdır. Azərbaycanın mühüm beynəlxalq qaz-neft kəmərləri Gürcüstanın ərazisindən keçir. Yəni, Gürcüstan Azərbaycan qazının dünya bazarına çıxmasına şərait yaradır”.

AzadlıqRadiosu-nun gürcü xidməti Tbilisidə Əfqan Muxtarlı ilə bağlı sorğu keçirib. Sakinlərdən Əfqan Muxtarlının müəmmalı şəkildə Bakıya aparılmasına münasibət öyrənib. Cavablara baxaq:

Tbilisidə Əfqan Muxtarlı ilə bağlı sorğu [video]
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

OCCRP-nin Cənubi Qafqaz üzrə regional redaktor Dave Bloss azı 8 ildir Tbilisidə yaşayır. O düşünür ki, Azərbaycanın, özəlliklə də Dövlət Neft Şirkəti olan SOCAR-ın Gürcüstan iqtisadiyyatında önəmli rolu var:

“Mən düşünürəm ki, əksəriyyət SOCAR-ın Gürcüstanda ən böyük vergi ödəyicisi olmasından xəbərsizdir. SOCAR təkcə Gürcüstanı qazla təmin etmir. Həm də Olimpiya Komitəsinə, futbol və müxtəlif idman oyunlarına sponsorluq edir. Eləcə də Gürcüstanın müxtəlif regionlarını qazla təmin edir. SOCAR-ın Gürcüstan iqtisadiyyatında rolu olduqca böyükdür”.

Buna da bax:​ Əfqan Muxtarlı ilə bağlı rəsmi açıqlama yayılıb

Amma bununla belə Dave Bloss düşünür ki, son bir neçə ayda Gürcüstanda yaşayan azərbaycanlı fəallarla bağlı baş verənlər Gürcüstan hökumətinin mövqeyini göstərmir. Onun fikrincə, Gürcüstan hakimiyyəti daxilində yetkili rəy yoxdur. Azərbaycanlı fəalların Gürcüstandan çıxarılmasını istəyənlər də var, bunun demokratiyaya zidd olduğunu düşünənlər də.

Azərbaycan rəsmilərindən hələ ki Gürcüstanda baş verənlərlə bağlı açıqlaması olmayıb. Gürcüstan prezidenti isə bildirib ki, bir insanın yoxa çıxması dövlətçilik və suverenliyə təhlükədir.

XS
SM
MD
LG