Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:43

Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri


Arxiv fotosu: Nardaran qəsəbəsində polis postlarında sakinlər yoxlanır.
Arxiv fotosu: Nardaran qəsəbəsində polis postlarında sakinlər yoxlanır.

(Əvvəli burada)

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

SAHİB-ƏZ-ZAMANI ÇAĞIRMAQ DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDDİR?

İstintaqın yekunu olaraq, Taleh Bağırov qarşı irəli sürülən 30-a yaxın ittihamdan biri Cinayət Məcəlləsinin 278-ci maddəsidir – hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama.

Eyni iş üzrə həbs olunan Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov ittihamın absurdluğunu belə ifadə edir:

“Maddənin dispozisiyası dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur. İndi bu ittihamın konkret və mühüm əsaslarından biri nə olsa yaxşıdır?

Başınızı çox da yormayın, min il fikirləşsəz ağlınıza gətirə bilməzsiz. “Ağa (İmam Zaman Ağa) gələcək, zülm bitəcək, dünyada ədalət bərqərar olacaq!” Cəmi şiələrin min illik duası, neçə əsrlik inancı!”

Vəkil Yalçın İmanov:

Sahib-Əz-Zamanın gəlişinə inanmaq dövlət çevrilişdirmi?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Tale Bağırovun moizələrində həqiqətən də dünya şiələrinin yenidən zühuruna inandığı 12-ci İmamın gəlişi barədə sözlər yer alır.

Oxşar fikirlər bir çox din xadimlərinin, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxslərinin də dilindən zaman-zaman səslənir. (Ətraflı burada, Hacı Şahin Həsənli, QMİ sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi kimi təqdim edilir.)

Vəkillər bildirirlər ki, ittihamda doğru olan yeganə məlumat həbs olunanların bir qisminin Müsəlman Birliyi Hərəkatına aidiyyatıdır. Hərçənd ki, Hərəkat da Tale Bağırov bundan öncə narkotik maddələr saxlama ittihamı ilə həbsdə olarkən yaradılıb. Beynəlxalq Amnistiya o zaman Tale Bağırov həbsini siyasi, özünü vicdan məhbusu elan etmişdi.

Arxiv: Nardaran hadisələri dəqiqəbədəqiqə

Hökumətin dövlət çevrilişi, terror aktları hazırlamaqda ittiham etdiyi bu təşkilat dövlətin qanunları çərçivəsində fəaliyyət göstərmək üçün zəruri addımlar da atıb. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək üçün sənədlər hazırlayıb, müvafiq orqanlara təqdim edib və ölkədəki onlarla digər qeyri-hökumət təşkilatı kimi qeydə alınmaqdan imtina edilib.

Müsəlman Hərəkatının nizamnaməsindən görüntü
Müsəlman Hərəkatının nizamnaməsindən görüntü

“EKSTREMİST” TƏŞKİLATIN NİZAMNAMƏSİNDƏN: VƏTƏNPƏRVƏRLİK, DEMOKRATİK DÜŞÜNCƏ, TƏRƏQQİ VƏ DİN

Müsəlman Birliyi Hərəkatının nizamnaməsində bildirilir ki, təşkilat fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları və eləcə də öz nizamnaməsi əsasında qurur. Qurumun məqsədləri sırasında əsasən bunlar sadalanır:

  • Gənclərin müstəqil fikir sahibi olması,
  • İctimai proseslərdə gənclərin fəal iştirakını təmin etmək və onların ictimai həyata təsirini artırmaq,
  • Daha sərbəst və məsuliyyətli gəncliyin formalaşdırılması, və s.

Hərəkat nizamnaməsində isə vəzifələrini belə açıqlayır:

  • İnsanlar arasında şüurlu vətənpərvərlik, həmrəylik və dini münasibətləri yaymaq və inkişaf etdirmək,
  • Demokratik düşüncə və demokratik həyat tərzinin təbliğ edilməsi, bu dəyərlərin cəmiyyətdə təşəkkül tapması,
  • Cəmiyyətdə milli-mənəvi İslam dəyərlərinin qorunması və inkişafı
  • Gənclərin arasında maarifləndirmə işinin aparılması və s.

Bu vəzifələri Hərəkat, debatların, seminar və simpoziumların, mədəni tədbirlərin, idman yarışlarının təşkili, gənclər arasında elmi istiqamətlərin inkişafı, ekoloji tədbirlərin həyata keçirilməsi, sosial araşdırmaların aparılması, kitab və dövri mətbuatın nəşri vasitəsilə həyata keçirməyi planlaşdırdığını da nizamnaməsində qeyd edir.

Nardaran hadisələri ilə bağlı 18 nəfərin işi ilə məhkəmədən ətraflı reportaj

“MƏMURLARA MƏSULİYYƏTLƏRİNİ XATIRLATMAQ”

Nardarandakı əməliyyatdan 16 gün öncə, noyabrın 10-da Hərəkat bəyanat verərək, fəaliyyətinin ölkə qanunları çərçivəsindən kənara çıxmadığını vurğulamışdı: “Biz illeqal, zorakı qurum deyilik, məqsədimiz sırasında insansevərlik, qanun və ədalətdən kənar heç nə yoxdur”.

Hərəkatın bəyanatında onlara qarşı mediada aparılan kampaniyanın təşkilat qurucularının hökumətin ünvanına səsləndirdiyi tənqidə cavab olduğu da qeyd edilmişdi. Bəyanat müəllifləri “neqativ hallara qarşı tənqid səsləndirmək, vətəndaşlara sayğı ilə yanaşmayan məmurlara məsuliyyətlərini xatırlatamağın konstitusion hüquq olduğunu” da qeyd etmişdilər.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Vəkillər də Nardaran hadisələrinin məhz hərəkatın lideri Tale Bağırovun hökuməti tənqidinə cavab olduğunu bildirirlər.

Vəkil Fariz Namazlı:

Vəkili iddia edir ki, Tale Bağırovu tənqidi çıxışlarına görə həsb ediblər
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

“Dindarlar içində ən ağır çəkiyə malik olan şəxs məhz, Hacı Talehdir. Əksər dindarlar da onu bir lider olaraq görürlər. Ona qədər lider sayılan şəxslər hazırda həbsdədirlər. Hacı Mövsüm, Hacı Abgül (İslam Partiyasının həbsdə olan liderləri) və digərləri. Ona görə də hazırda real çəkisi olan şəxs Hacı Talehdir. Onun xütbələrində də hakimiyyət nümayəndələrinə qarşı kəskin ifadələr səslənir. Düşünürəm ki, onu daha uzun müddətə zərərsizləşdirmək və həbsdə saxlamaq üçün bu yola əl atıblar”.

Həbs olunan və əməliyyat zamanı həlak olan Nardaran sakinlərinin söhbət etdiyimiz yaxınları Tale Bağırovun qanunsuz bir hərəkətə yol vermədiyini bildirirlər. ​Nardaran sakinlərindən Leyla Bünyatova:

"Nardaran hadisələri zamanı üzü maskalı, əli silahlılar..."
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

“Hacı Taleh bizim məscidə qonaq gəlmişdi. Məsciddə mərasimlər keçirirdilər hacılarla. Cümə günləri namaz qılırdılar. Hacı Taleh də məscidə axund olaraq gəlmişdi. Məhərrəm günlərində gedib-gəlmək çətin olurdu. Təxminən 10 gündən artqı idi ki, bizdə qalırdı. Hardasa 8 günə Məhərrəm ayı qurtarırdı, o da evinə qayıdacaqdı. Biz ailəvi dost idik. Arada yoldaşı da gəlib, bizdə qalırdı. Uşaqları hazırlığa aparmağı planlaşdırırdıq.

Elə bir şey bilsəydi, mənim yoldaşım heç bizi evdə saxlayardı? İnsan da 4 uşağından keçər? O yaşlı xəstə anasını əsarət altında qoyar ki, indi polis gələcək, sizi tutub aparacaqlar? Sizə silah atacaqlar? Bu, ağlasığan bir şeydir ki? Heç insan uşaqlarını evdə saxlayar ki, indi bura polis gələcək? Biz evdən çıxmış olardıq. Biz sabahı gün ehsan verəcəkdik. Heç polisin gələcəyi ağlımıza gəlməzdi. O da olsun ki, atışma olacağı”.

Davamı BURADA

XS
SM
MD
LG