►"Nə vaxtdan bəri məscid siyasi diskussiyalar klubu olub?!"
Milli Məclisin dekabrın 4-də keçirilən iclasında deputatlar Nardarandakı son silahlı qarşıdurmanı müzakirə ediblər.
Deputa Siyavuş Novruzov deyib ki, "Nardaranda baş verənlər sırf terror hadisəsidir və bunun dinlə əlaqəsi yoxdur."
1-ci vitse-spiker Ziyafət Əsgərov bildirib:
"Mən Nardaran hadisələrinə baxanda hərdən öz-özümə sual verirəm. Nə vaxtdan bəri məscid siyasi diskussiyalar klubu olub?!"
Hökumət qüvvələri noyabrın 26-da Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib, iki polis, beş mülki şəxs ölüb.
Daxili işlər naziri Ramil Usubov bildirib ki, 32 nəfər barəsində həbs qəti imkan tədbiri seçilib.