Azərbaycanda evlənmək istəyənlərdən 152 min 659 nəfər tibbi müayinədən keçib. Onlardan 7 min 503 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb.
APA Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb. Həmin şəxslərə də müvafiq məsləhətlər verilib.
Prezident İlham Əliyev 2014-cü il oktyabrın 17-də «Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında» Qanun və həmin il dekabrın 15-də bu qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib.