Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:29

Məhkəmə OMON-çuların işini götürmədi


Keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov
Keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov

Sentyabrın 8-də Qaradağ Rayon Məhkəməsində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciətinə baxılıb.

APA-nın xəbərinə görə, vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə işin icraata qəbulundan imtina edib. Vəkil bu qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.

1995-ci il mart hadisələrindən sonra həbs edilən OMON-çulardan yalnız bu 3 nəfər, hələlik, azadlığa çıxmayıb. Onlar haqqında ölüm hökmü verilib. Sonra bu, ömürlük cəza ilə əvəzlənib.

Vəkil E.Sadıqov bildirirdi ki, adları sadalanan bu şəxslər barəsində çıxarılmış ölüm cəzası qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Buna görə də, ərizə yazaraq onlar barəsindəki ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən, 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini istəyib.

Buna da bax-'20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib'

Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1996-ci ilin dekabrında həbs olunublar. Bu il cəzalarının 20 ili tamam olur.

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət XTPD-nin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

XS
SM
MD
LG