Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:34

Ostin: ‘Ukraynanın özünün ATACMS-dan uzaq vuran raketləri var’


ABŞ-ın müdafiə naziri Lloyd Ostin və prezident Volodimir Zelenski Ramştayn görüşündə
ABŞ-ın müdafiə naziri Lloyd Ostin və prezident Volodimir Zelenski Ramştayn görüşündə

ABŞ-ın müdafiə naziri Lloyd Ostin sentaybrın 6-da NATO-nun Almaniyadakı Ramştayn hərbi bazasında Ukraynaya silahların verilməsinə həsr olunmuş görüşdə deyib ki, əgər hətta ABŞ və ya NATO ölkələri Ukraynaya uzaqvuran raketlər versələr belə, bu, özlüyündə Rusiya ilə müharibənin cəbhələrindəki vəziyyəti təsirləndirə bilməyəcək.

Onun sözlərinə görə müharibənin nəticəsi ayrılıqda hər hansı bir faktordan asılı deyil.

Ukrayna hakimiyyətinin nümayəndələri ABŞ-a və başqa ölkələrə, onlara Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinin vurulması üçün icazə istəyirlər.

Ramştayndakı görüşdə şəxsən iştirak edən prezident Volodimir Zelenski müttəfiqləri bir daha Ukraynaya daha çox uzaqvuran raketlər verilməsinə və onların vurma məsafəsinə qoyulan məhduddiyyətlərin qaldırılmasına çağırıb.

Ostin bunu da deyib ki, Ukraynanın ABŞ-ın ATACMS və Britaniyanın Storm Shadow raketlərindən uzağı vuran öz raketləri, 1000 kilometrdən çox məsafəni qət edən dronları var.

Buna baxmayaraq Pentaqonun başçısı bəyan edib ki, ABŞ Ukraynanı onun müdafiəsində dönmədən dəstəkləyəcək.

Ostin sentyabrın 6-da Ukraynaya 250 milyon dollar məbləğində yeni yardım paketini elan edib. Bu paketə HIMARS raketləri və başqa sursatlar, habelə hava hücumundan müdafiə sistemləri, RIM-7 zenit raketləri, Stinger silahları, Bradley və M113 hərbi maşınları daxildir.

Başqa müttəfiqlərdən yardımlar

Ramştaynda bəzi başqa ölkələr də Ukraynaya yeni hərbi yardım paketlərini elan ediblər.

Məsələn Almaniya ayrılıqda Ukraynaya 12 özüyeriyən artilleriya qurğusu, habelə Danimarka və Niderlandla birlikdə 77 Leopard 1A5 tankları verəcək.

Kanadanın müdafiə naziri Bill Bler bildirib ki, Kanadanın yeni yardım paketinə CRV-7 aviasiya raketləri və atıcı silahlar daxildir.

Prezident Volodimir Zelenski Ramştaynda etdiyi çıxışında Ukraynanın Kursk vilayətinə bir ay bundan əvvəl başlanmış müdaxiləsi məsələsinə toxunub.

Zelenskinin sözlərinə görə bu müddətdə Ukrayna qoşunları Rusiyanın 1300 kvadrat kilometrlik ərazisini nəzarət altına ala bilib.

Açıq mənbələrdə Ukrayna ordusunun Kursk vilayətində 900 kvadrat kilometrə nəzarət etdiyi, daha 300 kvadrat kilometrin isə “boz əraziyə” daxil olduğu bildirilir.

Zelenski Ramştayn yığıncağının əsnasında Almaniya kansleri Olaf Şoltsla görüşüb.

Şolts bəyan edib ki, Berlin Kiyevi “lazım olduğu müddətcə” dəstəkləyəcək.

XS
SM
MD
LG