Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:08

Rusiya Ukrayna ərazisinə ordu yeridir, Təhlükəsizlik Şurası iclas keçirir


Rusiya prezidenti Vladimir Putin "DNR" və "LNR"in tanınması haqda fərmanları imzalayır.
Rusiya prezidenti Vladimir Putin "DNR" və "LNR"in tanınması haqda fərmanları imzalayır.

Rusiya prezidenti Vladimir Putin öz müraciətində başqa keçmiş sovet respublikalarının da müstəqilliyini şübhə altına alıb.

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyini tanımasının və bu ərazilərə Rusiya ordusunun yeridilməsi əmrinin ardınca BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.

Fevralın 21-də gecə saatlarında başlanan iclasın keçirilməsini Ukrayna, Birləşmiş Ştatlar və 6 başqa ölkə istəmişdi.

İclası hazırda şuranın rotasiyalı sədri olan Rusiyanın nümayəndəsi aparır.

Dünya agentlikləri Təhlükəsizlik Şurasının bu iclasında heç bir tədbir görülməyəcəyinə və qərar verilməyəcəyinə inanıldığını yazırlar.

Buna səbəb Rusiyanın şuranın beş daimi üzvündən biri kimi veto hüququmna malik olmasıdır.

***

Rusiya prezindenti Vladimir Putin Ukrayna ərazisindəki separatçı bölgələrə Rusiya qoşunlarının yeridilməsini əmr edib.

Əmrdə deyilir ki, bu Donetsk və Luqanskda sülhün qorunub saxlanması üçün edilir.

Sənəddə bölgələrin separatçılar tərəfindən qoyulmuş adları çəkilir və bölgələr “Luqanks və Donetsk xalq respublikaları” (LXR və DXR) adlandırlır.

Putin bundan əlavə xarici işlər naziri Sergey Lavrova “DXR” və “LXR” respublikaları ilə diplomatik münaibətlərin yaradılmasını həvalə edib.

Putin separatçı Donetsk və Luqansk bölgələrinin müstəqilliyini tanıdı

Rusiya prezidenti Vladimir Putin televiziya ilə müraciətində Ukraynanın Donbas regionunda separatçıların nəzarətində olan ərazilərdə yaradılmış qondarma Donetsk və Luqansk “xalq respublikalarının” müstəqilliyini tanıdığını elan edib.

Fevralın 21-də etdiyi uzun çıxışda Putin keçmiş tarixdən bəhs edib və bildirib ki, Ukrayna 1917-ci ilədək ayrıca dövlət kimi mövcud olmayıb və müstəqilliyini bolşeviklərin lideri Vladimir Leninin sayəsində əldə edib.

O istehza edib ki, Ukraynada Leninə “təşəkkür” olaraq onun heykəllərini yıxıblar.

Putin bir saatlıq çıxışının böyük bir hissəsini Sovet İttifaqının dağılmasına həsr edib.

O deyib ki, SSRİ-nin taleyi onun dağılmasına hələ iki il qalanda həll olunmuşdu.

Putin başqa respublikaları da nəzərdə tutaraq deyib ki, “indi, ilk növbədə Ukraynada olmaqla radikallar və millətçilər müstəqilliyin qazanılmasını öz xidmətləri elan edirlər”.

Rusiya prezidenti deyib ki, sovet rəhbərliyi artıq SSRİ yaranandan strateji səhvlərə yol vermişdilər və bunlardan biri də respublikaların ittifaqdan ayrılması hüququ idi.

Putin SSRİ-nin “tarixi Rusiya” adlandırıb.

O bildirib ki, bolşeviklər SSRİ yaradılarkən hakimiyyətdə qalmaq naminə millətçilərin “bütün şıltaqlarını” nəzərə alıblar.

Putinin sözlərinə Sov.İKP-nin 1989-cu ildə qəbul etdiyi milli inkişaf sənədi isə “faciəvi” rol oynayıb.

O habelə bildirib ki, Ukrayna xalqını Rusiya xalqının bir hissəsi hesab edir.

Putin iddia edib ki, ABŞ və Qərb Ukrayna ərazisində təlim mərkəzləri pərdəsi altında əsl hərbi bazalar yaradıb.

Qərbin mümkün sanksiyalarına gəlincə isə Putin deyib:

“Onlar yenə də bizi sanksiyalarla şantaj etmək istəyirlər. Yeri gəlmişkən, onlar bunu Rusiyanın suvertenlyi gücləndikcə və silahlı qüvvələri böyüsdükcə onsuz da edəcəkdilər. Növbəti sanksiya hücumu üçün bəhanə həmişə tapıla və ya qondarıla bilər. Ukraynadakı situasiya bir yana, onların əsas məqsədi Rusiyanın imkişafını əngəlləməkdir”.

O xatırladıb ki, ABŞ və Qərb Rusiyanın təhlükəsizlik qarantiyası tələblərinə cavab verməyiblər və indi Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görmək hüququ var.

Qərb Putinin qərarına ilkin reaksiyaları

Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinin Ukraynanın separatçı bölgələrinin müstəqilliyini tanıyan qərarını qətiyyərlə pisləyib və deyib ki, Moskvanın bu addımı beynəlxalq qanunların pozulması deməkdir.

Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, London fevralın 22-də Rusiya üzərinə yeni sanksiyalarını bəyan edəcək.

Fransa prezidenti Emmanuel Makron bu hadisə ilə bağlı təcili olaraq öz ölkəsinin təhlükəsizlik şurasının iclasını çağırıb.

Ukrayna prezidenti Volodimir Zelenski Putinin qərarı ilə bağlı ABŞ prezidenti Co Baydenlə danışdığını deyib.

Bu arada Ağ Ev bəyan edib ki, prezident Co Bayden Ukraynada Rusiyanın müstəqilliyini tanıdığı iki separatçı bölgəyə investisiyaları qadağan edən sanksiya elan edəcək.

Avropa İttifaqı ölkələri Rusiya üzərinə sanksiyalar paketi barədə razılığa gəliblər.

Xəbərdə deyilir ki, Aİ üzvləri Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyinin tanınmasına görə Rusiya üzərinə sanksiyaların məhdud paketi qoyulacaq.

Niderlandın baş naziri Mark Rutte deyib ki, əvvəlcə Putinin bu qərarında iştirak edən şəxslər hədəflənəcək.

Sanksiyaların təfərrüatları fevralın 22-də açıqlanacaq.

***

Rusiya prezidenti Vladimir Putin fevralın 21-də deyib ki, Rusiya Təhlükəsizlik Şurasının Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyinin tanınması məsələsinə baxması zəruridir.

Reuters agentliyi bildirir ki, fevralın 21-də Donbasdakı qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR”-in (Luqansk Xalq Respublikası) liderləri bu iki ərazinin müstəqilliklərinin tatnınması üçün Putinə müraciə etmişdilər.

Putin televiziya ilə yayınlanan çıxışında deyib ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün təhlükəni əhəmiyyətli dərəcədə artıra bilər.

Separatçı lider Denis Puşilinin Putinə müraciətində deyilir:

"Bütün xalqın adından sizdən “DXR”-i müstəqil, demokratik, hüquqi və sosial dövlət kimi tanımağı xahiş edirik. Biz həm də xahiş edirik ki, “DXR” və Ruisiya arasında müdafiə sahəsi də daxil dostluq və əməkdaşlıq müqaviləsinin bağlanmasının mümkünlüyü məsələsinə baxasınız”.

Separatçı liderlər Denis Puşilin (solda) və Leonid Paseçnik
Separatçı liderlər Denis Puşilin (solda) və Leonid Paseçnik

Digər separatçı lider Leonid Paseçnik isə yazır:

"Hörmətli Vladimir Vladimiroviç, 300 min nəfəri Rusiya vətəndaşı olan respublikanın əhalisinin kütləvi qırğınına yol verilməməsi üçün sizdən “Luqansk Xalq Respublikasının” suverenlıiyinin və müstəqillyinin tanınmasını xahiş ediəm”.

Bundan bir həftə əvvəl Rusiya Dövlət Duması Ukraynanın şərqində separatçıların nəzarətində olan iki bölgənin müstəqiliyinin tanınması üçün Putinə müraciət qəbul etmişdi.

Bu qərarı şərh edərkən Putin məmnunluqla demişdi ki, deputatlar xalqın əhval-ruhiyyəsini hiss edirlər.

Duma deputatları isə bildirirdilər ki, prezidentə rəsmi müraciətin edilməsi onun üçün separatçı bölgələrin müstəqilliyini tanımasını texniki baxımdan asanlaşdıracaq.

Qərb Ukrayna ərazisindəki separatçı bölgələrin tanınmasının beynəlxalq qanunun kobud şəkildə pozulması kimi qəbul ediləcəyini bildirib.

ABŞ və Avropa İttifaqı bunun baş verəcəyi təqdirdə Rusiyaya qarşı ağır sanksiyaların tətbiq oluna biləcəyini bildiriblər.

Təhlilçilər deyirlər ki, Moskva bu iki bölgənin faktiki ilhaqına hələ 2014-cü ildən hazırlaşır. Bu dövr ərzində Donetsk və Luqanskda 700 min Rusiya pasportu paylanıb.

XS
SM
MD
LG