Rusiya prezidenti Vladimir Putin noyabın 15-16-da “Böyük iyirmilər” (G20) qrupunun İndoneziyanın Bali şəhərində keçiriləcək sammitinə getməyəcək.
Bu barədə məlumatı Reuters agentliyinə İndoneziya hökumətinin sözçüsü verib. Xəbəri habelə bu ölkədəki Rusiya səfirliyi təsdiq edib.
Lakin belə bir ehtimal var ki, Putin bu sammitin görüşlərindən birinə videobağlantı ilə qoşula bilər.
Rusiyanı bu sammitdə xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyi bildirilib.
Bu barədə məlumatı TASS xəbər agentliyinə Kremlin sözçüsü Dmitri Peskov verib.
Bundan əvvəl noyabrın 10-da belə bir xəbər də yayılmışdı ki, Rusiya nümayəndə heyəti ümumiyyətlə Bali sammitinə gəlməyə bilər.
İndoneziyanın dəniz işləri və investisiyalar naziri Codi Maxardi Reuters agentliyinə deyib ki, Putin tədbirə qatılmaqdan imtina edib, xarici işlər naziri Lavrov isə sammitdə videobağlantı ilə iştirak edə bilər.
Onlayn və şəxsən
Ötən iyulda G20 ölkələri xarici işlər nazirlərinin konfransında Sergey Lavrov başqa nümayəndələr tərəfindən təklənmiş və tədbiri vaxtından əvvəl tərk etməyə məcbur olmuşdu.
Bundan əvvəl İndoneziya hökuməti bildirmişdi ki, G20 qrupunun bəzi ölkələri tərəfindən göstərilən təzyiqlərə rəğmən Rusiyaya göndərilmiş dəvəti ləğv etməyəcək.
Ukrayna prezidenti Voldodimir Zelenski noyabrın 3-də demişdi ki, Vladimir Putinin bu tədbirdə iştirak edəcəyi təqdirdə G20 sammitinə qatılmayacaq.
Lakin noyabrın 8-d rəsmi Kiyev bildirmişdi ki, Zelenskinin sammitə onlayn formatında qatrılması mümkündür.
G20 qrupunun Bali sammitində ABŞ və Çin prezidentləri Co Bayden və Si Tsinpin iştirak etməlidirlər.
Bayden bundan əvvəl demişdi ki, tədbirdə Ukrayna müharibəsi məsələsini qaldıracaq.