Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:35

Beynəlxalq ekspertlər: Putin necə həbs və mühakimə oluna bilər?


Amsterdamda keçirilmiş aksiyalardan birinin plakatı
Amsterdamda keçirilmiş aksiyalardan birinin plakatı

Rusiya prezidenti hərbi cinayətlərə görə necə mühakimə oluna bilər? Onun həbsi mümkündürmü?

ABŞ prezidenti Co Bayden aprelin 4-də Vladimir Putini “hərbi cani” adlandırıb və onun mühakiməsinə çağırıb.

Bayden bu bəyanatı Ukraynanın Buça şəhərində çox sayda dinc sakinin meyitləti aşkar edildikdən sonra verib.

Lakin Rusiya prezidenti hərbi cinayətlərə görə necə mühakimə oluna bilər? Onun həbsi mümkündürmü?

Reuters agentliyi beynəlxalq hüquqşünaslara istinadən bir sıra suallara cavab verməyə çalışıb.

Mülki şəxslərin hədəflənməsi müharibə cinayətidirmi?

Bəli. Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi hərbi cinayətləri II Dünya Müharibəsindən sonra qəbul olunmuş Cenevrə konvensiyalarının “kobud şəkildə pozulması” hesab edir.

Hüquq ekspertləri bildirirlər ki, konvensiyalar hətta hərbi hədəflərin vurulması nətciəsində mülki şəxslərin kütləvi ölümünü də hərbi cinayət kimi qiymətləndirir.

Ukraynadakı Buça şəhərinin mer müavini aprelin 3-də deyib ki, Rusiya hərbçiləri şəhərin 50 sakinini qanunsuz qətlə yetiriblər.

İddia edildiyinə görə Buçada sakinlər edamsayağı qətlə yetirilib. Seton Hall Universiteti hüquq məktəbindən beynəlxalq cinayətlər və milli təhlükəsizlik professoru Conatan Hafetz bunu “sırf müharibə cinayəti” adlandırır.

Rusiya Müdafiə Nazirliyi Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibədə mülkilərin hədəfləndiyini danır və qurbanların foto və videolarını “Ukrayna hökumətinin daha bir təxribatı” adlandırır.

Müstəntiqlər sübutları necə toplayacaqlar?

Ekspertlər bildirirlər ki, müstəntiqlər Buça kimi məkanlara səfərlər edəcək və orada şahid ifadələri əsasında protokolar tərtib edəcəklər.

Nyu Yorkdakı Open Society Justice Initiative insan haqlarının müdafiə təşkilatının baş direktoru Ceyms Qoldston deyir ki, Buçadakı qurbanların fotoları Ukrayna müstəntiqlərinə onlarla bağlı olan şəxslərdən, habelə sağ qalanlardan ifadələrin alması üçün ipucu verəcək.

Digər tərəfdən Ukrayna qüvvələri çox sayda əsir götürüblər.

Ekspertlərin fikrincə onların da ifadələri qiymətli sübut ola bilər.

Bu məsələdə çətinliklərdən biri də münaqişənin davam etməsi və müstəntiqlər üçün təhlükə yaranması ilə bağlıdır.

Bundan başqa şahidlərdən bəziləri hədələrdən qorxaraq ifadə verməkdən imtina edə bilər.

Putin və başqa vəzifəlilərə iş açılması

Ekspertlər bildirirlər ki, hərbi cinayətlərin araşdırılması zamanı müttəhimin təqsiri şübhə doğurmayacaq dərəcədə və ən qəti şəkildə sübuta yetirilməlidir.

Harvard Hüquq Məktəbinin professoru Aleks Uittinq deyir ki, Buçada əldə olunmuş son fotolar və video görüntüləri mühakimə işini xeyli asanlaşdıracaq:

“Daha sonra bütün bunlar üçün kimin təqsirkar olması və bu təqsirin vəzifə nərdivanı ilə hara qədər qalxması müəyyənləşdirilməlidir”.

Ekspertlər bildirirlər ki, əsgərlərə və komandirlərə qarşı iş açılması xeyli asandır, lakin vəzifəlilərə və hətta dövlət başçılarına da cinayət işi açıla bilər.

Prokuror baş verən cinayətlərin birbaşa Putinin və ya başqa bir yüksək vəzifəli rəsminin əmri ilə törədildiyini iddia edə bilər.

Ekspertlər bildirirlər ki, yalnız Buçada baş vermiş vəhşiliklər yüksək vəzifə sahiblərinin mühakiməsi üçün kafi olmaya bilər, lakin bütün Ukrayna boyunca toplanmış sübutlar sonunda bu məqsədə yol açar.

Beynəlxalq aləm Rusiyanı Ukraynada kütləvi qırğında günühlandırır
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Mühakimə “qiyabi” ola bilərmi?

Beynəlxalq Ədalət Məhkəməsinin baş prokuroru Kərim Xan fevralın 28-də demişdi ki, o, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı cinayət işi açıb.

Ukrayna və Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin üzvü deyillər.

Buna baxmayaraq prokurorlar hərbi cinayətlərin törədildiyini “əsaslı şəkildə” isbat edə bilsələr, həbs orderləri veriləcək.

Lakin Rusiya bu məhkəmənin üzvü olmadığına görə onun tribunallarını tanımır və heç şübhəsiz təhqiqatla əməkdaşlıqdan imtina edəcək.

Amma hər hansı mühakimənin başlanması üçün müttəhimin həbs olunması zəruridir.

Haaqa məhkəməsi işlərə “qiyabi” qaydada baxmır.

Buna baxmayaraq məhkəmə, təhqiqatı davam etdirə və həbs orderləri verə bilər.

Həbs hər halda mümkündür

Qoldston deyir ki, özlüyündə ittihamın irəli sürülməsi, beynəlxalq icmanın qınaq və təzyiqi nəhayət həbslə nəticələnə bilər.

Ekspertlər deyirlər ki, Haaqa Məhkəməsindən xaric xüsusi tribunal da təsis edilə bilər. Belə tribunallar bundan əvvəl 1990-cı illərdə Bosniya qətliamları və 1994-cü ildə Ruanda soyqırımı ilə bağlı qurulub.

London Universitet Kollecinin professoru Filip Sands deyib ki, belə bir tribunalın yaradılması üçün Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə əlaqədədir.

Professor bildirir ki, Haaqa məhkəməsi bu işi götürə bilməz, çünki bunun üçün təhqiqatın tərəflərindən ən azı biri bu məhkəmənin üzvü olmalıdır.

Amerika Universitetinin beynəlxalq hüquq professoru Rebekka Hamilton deyir ki, hər hansı tribunalın müttəhimsiz keçirilməsi ağla batmır.

İttiham və mühakimə nə qədər çəkə bilər?

Hüquq ekspertləri bildirirlər ki, müharibə cinayətləri üzrə ittihamların 3 aydan 6 ayadək müddətdə irəli sürülməsi mümkündür, amma mühakimələr illərlə davam edə bilər.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Ədalət Tribunalı ilk ittihamını iki il ərzində irəli sürmüşdü.

Bu tribunal ovaxtkı Yuqoslaviyanın dövlət başçısı Slobodan Miloşeviçə qarşı ittihamı 1999-cu ildə irəli sürmüşdü. O 2001-ci ildə həbs olunmuş, məhkəməsi 2002-ci ildə başlanmışdı.

Lakin o 2006-cı ildə məhkəmənin davam etdiyi dövrdə həbsxanada vəfat etdi.

XS
SM
MD
LG