Rusiyalıların prezident Vladimir Putinə etimadı rekord həddə azalaraq 31,7 faizə düşüb.
Bunu “Rusiya ictimai rəy araşdırmalar mərkəzi”nin son hesabatı göstərir.
Bu, mərkəzin apardığı araşdırmalar arasında ən aşağı göstəricidir.
Bu yaxınlarda Rusiyada pensiya həddinin qaldırılmasından sonra Putinə etimad azalmaqda davam edir.
Mərkəzin 2018-ci ilin mayında keçirdiyi eyni rəy sorğusunda rusiyalıların 47,4 faizi Putinə dəstək bildirmişdi.
Yanvarın ilk həftəsində prezidentin reytinqi 33,4, martında isə cəmi 32 faiz idi.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada pensiya həddinin qaldırılmasından başqa, vergilər də artırılıb və əhalinin real gəlirləri azalmağa başlayıb.
Amma rəy sorğusuna görə, bütün bunlara baxmayaraq rusiyalılar yenə də Putinə digər siyasətçilərdən daha çox etimad göstərirlər.
Rəy sorusunun nəticələrinə görə Putinin ardınca siyahıda 14,8 faizlə müdafiə naziri Sergei Shoygu, 3-cü yerdə isə 13 faizlə xarici işlər naziri Sergei Lavrov gəlir.