Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:33

‘65 yaşdan yuxarı’ qadağanı Putinə aid deyil


Vladimir Putin martın 20-də İvanovoda görüşdə olub
Vladimir Putin martın 20-də İvanovoda görüşdə olub

Kremlin sözçüsü Dmitry Peskoв martın 23-də deyib ki, Moskva meri Sergey Sobyaninin yaşı 65-dən çox olanların martın 26-dan aprelin 14-dək icbari özünütəcrid etməsi barədə sərəncamı prezident Vladimir Putinə şamil edilmir.

Moskva merinin sərəncamı Rusiya paytaxtında koronavirusa yoluxanların sayının kəskin artması ilə bağlı verilmişdi.

Sobyanin bildirmişdi ki, onun sərəncamından məqsəd əhalinin koronavirusa daha həssas olan yaş təbəqəsinin sağlamlığının qorunmasıdır.

Current Time saytı yazır ki, Peskovun sözlərinə görə, Putinin 67 yaşı olsa da, özünütəcrid qaydası ona tətbiq olunmur.

Sözçü əlavə edib ki, sözü gedən sərəncamda “müəssisə, təşkilat, dövlət qurumları və hakimiyyət orqanlarının fəaliyyətinin təmin edilməsində həyati rolu olan rəhbər işçilər və əməkdaşlar” üçün istisna nəzərdə tutulub:

"İş işdir. Xüsusən də prezidentin işi. Bu iş, məhdudlaşdırıcı və tövsiyəedici sənədlərdə göstərilən kriteriyalardan asılı olmayaraq icra edilməlidir. Prezident hələki işləyir, amma gördüyünüz kimi heç kim kütləvi tədbir keçirmir və bu barədə heç düşünmür də. Bunları indi etmək məqsədəuyğun olmazdı”.

Moskvada yaşamır

Peskov bunu da bildirməyi lazım bilib ki, prezident Moskvadakı mənzilində yox, dövlət iqamətgahında yaşayır:

"Onun Moskvada mənzili var, amma o orada yaşamır. O dövlət iqamətgahında yaşayır. O adətən harda yaşayırsa, orada da işləyir, yaxud da əksinə”.

Mətbuat katibi deyib ki, prezident hələlik ağız maskasından istifadə etmir, amma onunla görüşməli olanlar əvvəlcədən analiz verirlər:

"Maska taxılmasına gəlincə isə, biz kütləvi tədbirlərin keçirilməli olduğu yerlərdə həkimlərdən tədbir iştirakçılarının analiz verməsini təşkil eetmələrini xahiş edirik. Məsələn, Putinin Krıma ezamiyyəti zamanı belə edilmişdi. Düşünürəm ki, biz bu təcrübəyə gələcəkdə də əməl edəcəyik”.

XS
SM
MD
LG