Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Qafqaz Universiteti tələbələrinin taleyi necə olacaq?


Qafqaz Universitetinin tələbələri təhsillərini harada davam edəcək?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Qafqaz Universitetinin tələbələri təhsillərini harada davam edəcək?

Bu ali məktəbdə elə ixtisaslar var ki, başqa universitetlərdə yoxdur, üstəlik, həmin fakültələrdə dərslər ingiliscə tədris olunur.

Şahlar Əsgərov: “Evdə uşağı elektrik vuranda, ordakı bütün elektrik xətləri sökülüb atılmır ki. Sadəcə elektriklə istifadə qaydalarını daha dərindən öyrənir, diqqətli oluruq”.

Şahlar Əsgərov: 'Evdə uşağı elektrik vuranda, ordakı bütün elektrik xətləri sökülüb atılmır ki...'
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

Vurğun Əyyub: “Türkiyə elan etdi ki, bu universitetin diplomunu tanımayacaq. Bu halda nə əhəmiyyəti var ki, tələbələr “Qafqaz”da qalsınlar, ya gedib təhsillərini başqa yerdə davam etdirsinlər. “Qafqaz” universiteti indiki halda qalsaydı, ləğv edilməsəydi belə, artıq əvvəlki universitet, əvvəlki “Qafqaz” deyildi. Nə rəhbərliyi, nə kadrları, nə də yürütdüyü siyasət əvvəlki deyildi”.

Buna da bax:​ Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək

Qafqaz Universiteti ləğv olunur, tələbələri başqa universitetlərə köçürülür. Amma hara?

Universitetin müəllimi Fərhad Mehdiyevin AzadlıqRadiosu-na dediyinə görə, bu ali məktəbdə öyrədilən bəzi ixtisaslar başqa universitetlərdə yoxdur, üstəlik, həmin fakültələrdə dərslər ingiliscə tədris olunur:

Fərhad Mehdiyev: 'Əksər tələbələri köçürməyə yer yoxdur. Görək nə olur'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00
Direct-ə keçid

“Bir hissəsi bəlkə Azərbaycan Diplomatiya Akademiyasında oxuya bilər. İqtisadiyyat və idarəetmə bölməsi, menecment, biznesin idarə edilməsi, maliyyə, beynəlxalq münasibətlər ancaq ingiliscə təhsil verir. Bunların bir hissəsi ADA-da var, bir hissəsi yoxdur. Bu baxımdan, əksər hissəsi köçürməyə yer yoxdur. Görək nə olur. Müsbət olan odur ki, Təhsil Nazirliyi üz çevirmir, tələbələri yerləşdirəcəyini bildirir”.

Buna da bax:​ 50 müəllim Qafqaz Universitetindən xaric edildi

“Reytinqli universitetlərə” yerləşdirəcəklər

AzadlıqRadiosu Təhsil Nazirliyindən münasibət öyrənə bilməsə də, Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev radioya deyib ki, "ixtisas və dil fərqi" ilə bağlı məsələni yaradılmış komissiya araşdırır. Onun da iki-üç günə qərarını açıqlayacağını bildirir. Rzayev bu ali məktəbin tələbələrinin "ən yüksək balla" qəbul olunduqları üçün "reytinqli universitetlərə" yerləşdiriləcəyini düşünür.

F. Mehdiyev universitetin bağlanması haqda qərarın hələ yanvarın 9-da verildiyini, sadəcə, qış sessiyasına görə qərarın açıqlanmasının gecikdirildiyini bildirir. O bu universitetin yerində başqa bir ali məktəb yaradılacağını gözləyir.

Buna da bax:​ Qafqaz Universiteti məzunlarına pis xəbər

Fərhad Mehdiyev ali məktəbin bağlanmasının “siyasi motivlərlə” bağlı olduğunu istisna etməsə də, dəyərləndirmə vermək istəmir. Sadəcə deyir: “Qafqaz Universiteti seçilən ali məktəb idi, həm təhsil sistemi, həm məzunları ilə. Dəqiq bilmirəm, amma məncə, xaricə ən çox tələbə göndərən də Qafqaz Universiteti idi. Ola bilsin, ADA bizdən öndə idi. Müəllimləri xaricdə təcrübə keçiblər. Beynəlxalq statusu, yaxşı infrastrukturu var idi. Gələcəyə hesablanmış, planla qurulmuş universitet idi. Keyfiyyətli, dünya səviyyəsində mütəxəssislər yetişdirirdi”.

“O universitetin üstündən xətt çəkmək mümkünsüz işdir...”

Əksər mütəxəssislər Qafqaz Universitetinin bağlanması xəbərinə inanmasalar da, bu qərarın “siyasi” olduğunu, Türkiyə hakimiyyətinin istəyilə bağlandığını düşünürlər. Ancaq təəssüfləndiklərini də gizlətmirlər.

Buna da bax: 'Yeni rektor universitetdə iki cangüdənlə gəzir...'

“Ola bilər, ilahiyyatçı Fetullah Gülen-lə (Türkiyə hakimiyyəti Gülen-i iyul çevriliş cəhdini himayə etməkdə suçlayır və ABŞ-dan ekstradisiyasını tələb edir – AR) gizli bağlantıları var. Ağla gələn budur. Amma başqa məqam da var. Evdə uşağı elektrik vuranda, ordakı bütün elektrik xətləri sökülüb atılmır ki. Sadəcə elektriklə istifadə qaydalarını daha dərindən öyrənir, diqqətli oluruq”. Milli Məclisdə Elm və Təhsil Komitəsinin keçmiş sədri, hazırda Bakı Dövlət Universitetinin müəllimi Şahlar Əsgərov AzadlıqRadiosu-na belə deyir. Onun qənaətincə, Qafqaz universitetində “yaxşı ənənələr var, bunları saxlamaqla o siyasətdən imtina etmək olardı”.

Əsgərov Qafqaz Universitetinin “oturuşmuş” və bir çox üstünlüklərə malik ali məktəb olduğunu deyir və ona görə də onun ləğvinə inanmır: “Qafqaz Universiteti bizim ali məktəblər arasında ən yüksək reytinqə malikdir. Bu, tək mənə yox, bütün Azərbaycana məlumdur. Onun bağlanma səbəbini anlaya bilmirəm. Mənim üçün o universitetin üstündən xətt çəkmək, sıradan çıxarmaq mümkünsüz işdir...”

Buna da bax:​ Xarici ölkələrdəki "Gülən məktəbləri" nin taleyi

“Qafqaz artıq əvvəlki universitet deyildi”

Vurğun Əyyub
Vurğun Əyyub

Xəzər Universitetinin kafedra müdiri Vurğun Əyyub da hesab edir ki, Azərbaycan təhsil sistemində Qafqaz Universitetinin “öz yeri, çəkisi” var idi. Onun qənaətincə, bu universitetin ləğvi və ya bağlanması Azərbaycan təhsilinə fayda verməyəcək: “Bunun arxasında siyasi məqsədlər dayanır. Güman ki, Türkiyə hakimiyyətinin burda təkidləri olub”.

Yeri gəlmişkən, bu günlərdə Türkiyə mətbuatı Ali Təhsil Şurasına istinadla Fetullah Gülenə bağlı olduğu deyilən universitet məzunlarının diplomlarının bu ölkədə tanınmayacağını yazmışdı. Bu sırada Qafqaz Universitetinin də adı hallanırdı. O zaman universitet rəhbərliyi bu qərarın 2016-2017-ci tədris ilində universitetə daxil olanlara şamil edilməyəcəyini, ali məktəbi bitirən 6 min tələbənin diplomunun qonşu ölkədə tanınmayacağını bəyan etmişdi.

Vurğun Əyyub: 'Nə rəhbərliyi, nə kadrları, nə də yürütdüyü siyasət əvvəlki deyildi'
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

Buna da bax: Qafqaz Universitetində yalnız yerli müəllimlər qalıb

Azərbaycan tərəf universiteti qoruya bilərdimi? Vurğun Əyyub Azərbaycan siyasi hakimiyyətinin “dişsiz” ictimai rəylə hesablaşmadığını, öz maraqlarına uyğun addımlar atdığını söyləyir. Və əlavə edir: “Türkiyə elan etdi ki, bu universitetin diplomunu tanımayacaq. Bu halda nə əhəmiyyəti var ki, tələbələr Qafqazda qalsınlar, ya gedib təhsillərini başqa yerdə davam etdirsinlər. Qafqaz universiteti indiki halda qalsaydı, ləğv edilməsəydi belə, artıq əvvəlki universitet, əvvəlki Qafqaz deyildi. Nə rəhbərliyi, nə kadrları, nə də yürütdüyü siyasət əvvəlki deyildi”.

XS
SM
MD
LG