Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:59

AMN: 'Ermənistana məxsus kvadrokopter ələ keçirilib'


arxiv foto
arxiv foto
Dünən, avqustun 1-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterin ələ keçirildiyi bildirilir.

Bu barədə avqustun 2-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib:

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib"

Amma bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma istər iki ölkənin sərhəddindən, istərsə də Qarabağdan ara-sıra atəşkəs pozulmasına aid məlumatlar gəlir. Tərəflər buna görə, bir qayda olaraq bir-birlərini günahlandırırlar
XS
SM
MD
LG