Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:53

Zərdüşt Əlizadə: “Rusiyadan asılılıq güclənəcək”


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

►“Mən əminəm ki, Rusiyanın apardığı danışıqlar hər hansı müsbət nəticə verməyəcək.

Əksinə istər Azərbaycanın, istər Ermənistanın Rusiyadan asılılığı daha da artacaq”.

Politoloq Zərdüşt Əlizadə bunu Azadlıq Radiosuna açıqlamasında deyib.

Z. Əlizadə Kremlin Qarabağ problemini həll etmək fikrində olmadığını söyləyib:

“Qarabağ problemi bir “qarmaq”dır və Rusiya bu “qarmaq” vasitəsilə hər iki ölkəni nəzarətində saxlayır. Ona görə də, Moskvadan bu problemin həllini gözləmək ancaq sadəlövhlük olardı ”.

Z. Əlizadə deyir ki, Moskva hər iki xalqda bir-birinə nifrəti gücləndirmək siyasəti yürüdür. Yəni, durumu o həddə qədər gərginləşdirmək istəyir ki, hətta problem həlli mümkün hala gələ bilməsin:

“İstər Azərbaycanda, istərsə də Ermənistanda bu problem artıq elə buxova dönüb ki, bütünlükdə regionun inkişafı üçün qorxu yaradıb. Amma geniş mənada xalqlar bunu hələ tam mənası ilə dərk etmirlər”.

O, Qarabağ probleminin həlli baxımından formatın dəyişə bilməsini mümkün sayıb:

“Yəni ola bilər ki, 7 rayondan 5-i qaytarılsın, 2-nə rus qoşunları yerləşdirilsin. Belə ola bilər. Amma problem tam şəkildə həlli, mümkün deyil. Ona görə yox ki, həll etmək olmaz. Ona görə ki, Rusiyanın marağı problemi həll etmək yox, həll etməmək üzərinə köklənib ”.

Sergei Lavrov
Sergei Lavrov

ATƏT-in Mİnsk qrupunun fəaliyyətinə gəlincə Z. Əlizadənin fikrincə, onlar missiyasını başa vurub:

“Beynəlxalq qurum olaraq onların qarşısında atəşkəsə nail olmaq və sülh sazişi hazırlamaq kimi missiya var idi. Qrup hər iki məsələnin öhdəsindən gəldi. Sülh sazişi də hazırlandı, amma tərəflər bunu qəbul etmədilər. Bu isə artıq onların günahı deyil. Qərar verən onlar yox, Azərbaycan və Ermənistandır. Odur ki, əslinə qalsa Minsk qrupundan bundan çox daha nəyisə gözləmək yersiz olardı”.

Aprelin 2-dən Qarabağ cəbhəsində atəşkəs rejimi pozulub, hərbi əməliyyatlar başlayıb . Döyüşlər aprelin 5-nə kimi davam edib. Aprelin 5-i saat 12-dən etibarən əməliyyatların dayandırılması haqda razılıq əldə edilib. Bundan sonra Kreml rəsmiləri və ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin müzakirəsi üçün Azərbaycan və Ermənistana səfər ediblər. Sabah isə Rusiya baş naziri D. Medvedev Azərbaycana gəlməlidir. O, indi Ermənistandadır.​

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:

___________________________________________________________

Bunlara da bax:
Bakının mərkəzində son aylar bağlanan dükanlar- [Fotolar]
Ağdamda dağıntılar- [Fotolar]

___________________________________________________________

XS
SM
MD
LG