Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:47

Qazaxıstanda məktəbli qızın zorlanması xəbərindən sonra etnik gərginlik yaranıb


Yanğın törədilmiş evlərdən biri
Yanğın törədilmiş evlərdən biri

Qazaxıstanda Türküstan vilayətinin Zağambar qəsəbəsinə xüsusi təyinatlı polis qüvvələri yeridilib.

Bundan əvvəl burada məktəbli qızın zorlanması barədə xəbərin ardınca zorakı etirazlar başlanıb.

AzadlıqRadiosunun Qazax xidmətinin müxbiri bildirir ki, polis qəsəbəyə daxil olan və çıxan bütün avtomobilləri ciddi şəkildə yoxlayır.

Qəsəbədə çox sayda polis, prokurorluq və milli təhlükəsizlik xidməti maşınlarının olması xəbər verilir.

Şübhəli saxlanıb

Buradakı qarışıq orta məktəbdə məktəbli qızın zorlanması barədə xəbərlər yayılandan sonra, aprelin 24-də zorakı etirazlar baş verib.

Bu məsələdə şübhəli qismində saxlanan da məktəblidir.

Xəbər verilir ki, qəsəbənin mərkəzi küçələrində bir neçə maşın və evlər yandırılıb.

Şahidlərin dediyinə görə yanğın törədənlər Molotov kokteyllərindən istifadə edirdilər.

Qarışıq bölgə

Türküstan vilayət polisinin məlumatına görə hadisələrlə bağlı “cinsi xarakterli qanunsuz hərəkətlər”, habelə “başqasının əmlakına bilərəkdən ziyan vurulması” maddələri ilə cinayət işləri açılıb.

Yerli sakinlərin məlumatına görə yanğınlarla bağlı 16 şübhəli saxlanıb.

Hadisənin baş verdiyi Əl-Fərabi adına məktəbə jurnalistlər buraxılmır. Məktəb rəhbərliyinin “yerində olmadığı” deyilir.

Qəsəbənin 5400 nəfərlik əhalisinin 75 faizi etnik özbəklərdir.

Saxlanan şübhəlinin özbək, zərərçəkənin qazax olduğu deyilir.

XS
SM
MD
LG