Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:43

Jurnalistin ölüm işi: "Heç nəyə görə peşman deyiləm"


Rasim Əliyevin döyülməsi
Rasim Əliyevin döyülməsi

►Təqsirləndirilən: “Prokuror mənə 11 il 6 ay cəzanı niyə oxuyur?”

"Heç nəyə görə peşman deyiləm. O adam peşman olar ki, nəsə eləsin. Mən isə heç nə eləməmişəm. Eləmədiyim şeyə görə necə peşman ola bilərəm?!"

Bunu jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə mühakimə olunan beş nəfərdən biri – Kənan Mədətov məhkəmədə son sözündə deyib.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Eldar İsmayılov bu iş üzrə təqsirləndirilən şəxslərə son söz verib. Amma beş nəfərdən yalnız ikisi son sözünü deyib.

Kənan Mədətov son sözündə heç bir cinayət törətmədiyini vurğulayıb.

“YAŞLI NƏNƏMİN HİMAYƏSİNDƏYƏM”

Digər təqsirləndirilən Arif Əliyev isə məhkəmədən qərar çıxararkən ailə vəziyyətinin nəzərə alınmasını xahiş edib:

"Yaşlı nənəmin himayəsindəyəm. Ona məndən başqa heç kim baxmır. Gəncliyimin, ilk dəfə məhkum olunmağımın nəzərə alınmasını, dəlil-sübutların incəliklərinə qədər araşdırılıb, ədalətli qərar çıxarmanızı xahiş edirəm".

Rasim Əliyev döyüləndən sonra
Rasim Əliyev döyüləndən sonra

Arif Əliyev son sözündə həmçinin bu iş üzrə ibtidai istintaqın düzgün aparılmadığını qeyd edib.

Təqsirləndirilən digər üç nəfər - Elşən İsmayılov, Camal Məmmədov və Samir Mustafayev isə son söz deməyə hazır olmadıqlarını bildirərək, məhkəmədən vaxt istəyiblər.

"Əslində, deyəcək sözüm çoxdur. Prokuror mənə heç nədən 11 il 6 ay cəzanı nəyə görə oxuyur? Bütün bunlar barədə deyəcəklərim var, amma indi hazır deyiləm", - deyə təqsirləndirilən Samir Mustafayev bildirib.

Elşən İsmayılov son söz demək hüququndan sui-istifadə etmədiklərini, gerçəkdən çıxışlarını hazırlayıb başa çatdıra bilmədiklərini deyib:

"Səmimiyyətimə inanın, son sözümü tam şəkildə hazırlaya bilməmişəm. Növbəti məhkəmə iclasında çıxış edəcəm".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“SON SÖZ QƏRARA BİRBAŞA TƏSİR EDİR”

Hakim Eldar İsmayılov son söz demək hüququndan sui-istifadənin yolverilməzliyini xatırladıb:

"Son söz demək təqsirləndirilən şəxsin əsas hüquqlarından biridir. Bəzən təqsirləndirilən şəxs bütün məhkəmə prosesi demədiyi vacib məqamı son sözündə bildirir və bu da qərara birbaşa təsir göstərir. Ona görə də qanun son sözə belə önəm verir. Amma görəndə ki, bu hüquqdan sui-istifadə olunur, bu halda, məhkəmə onu məhdudlaşdıra bilər".

Bununla belə, hakim onlara vaxt verib. Məhkəmə martın 31-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Rasim Əliyev "Facebook" sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü maddəsi ilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən İsmayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay olmaqla, təqsirləndirilən şəxslərə ümumilikdə 63 il həbs cəzası istəyib.

Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

XS
SM
MD
LG