Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:08

Putinin dostu "Panama sənədləri" haqda: "Xalqa xərclənib"


Vladimir Putin və Sergei Roldugin (arxada)
Vladimir Putin və Sergei Roldugin (arxada)

►Deyir, ofşor şirkətlərdən qazandığı pulların demək olar ki, hamısını Rusiya üçün musiqi alətlərinin alınmasına xərcləyib

Adı "Panama sənədləri"ndə hallanan, Rusiya prezidenti Putinin yaxın dostu kimi tanınan violonçel ifaçısı Sergey Roldugin ötən gün "Rossiya - 1" dövlət kanalının "Vesti nedeli" proqramına müsahibəsində bahalı musiqi alətlərini necə əldə etdiyi barədə danışıb.

Vladimir Putin Rolduginin həmin alətləri tamamilə öz şəxsi vəsaiti hesabına aldığını demişdi.

Roldugin Rusiyada gənc musiqiçilərin axtarışı və tərbiyəsini nəzərdə tutan "İstedad axını" layihəsinə rəhbərlik edir.

O bildirib ki, alətlər çox bahalı olduğundan o "ondan-bundan pul istəməli" olub. "Mən istəyirdim ki, bizim rusiyalı uşaqlar, musiqiçilər üçün layihələrə ən yaxşı alətlər, ən yaxşı zallar, ən yaxşı professorlar cəlb olunsun," - deyə musiqiçi iddia edib.

Telekanalın İnternet səhifəsində bildirilir ki, mesenatlar Sergey Rolduginə öz bizneslərində kiçik bir pay təklif ediblər ki, o daha pul istəməli olmasın və layihəsini dəstəkləmək üçün öz pulu olsun.

Aprelin 7-də Vladimir Putin ilk dəfə "Panama sənədləri"nə münasibət bildirib. "Mən fəxr edirəm ki, belə dostlarım var," - o Roduqin haqda deyib. Putin əlavə edib ki, ifaçı ofşor şirkətlərdən qazandığı pulların demək olar ki, hamısını Rusiya üçün musiqi alətlərinin alınmasına xərcləyib.

Aprelin 3-də Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) bir neçə nəşrlə bilrlikdə "Mossack Fonseca & Co" adlı Panama hüquq şirlətindən sızmış nəhəng məlumat bazası əsasında apardığı araşdırmanın nəticələrini dərc edib.

Dərc edilmiş yazılarda 12 dünya liderinin, dünyanın bir çox ölkəsindən olan yüzlərlə məmurun və tanınmış şəxslərin ofşor şirkətləri barədə məlumat verilir. Prezident Putinin yaxın ətrafına həsr olunmuş geniş materialda onun dostlarından biri, violonçelist Sergey Roldugin vasitəsilə 2 milyard dolların necə yuyulduğu detallı şəkildə təsvir edilib.

Televiziya proqramında həmçinin bildirilib ki, Rusiya dövlət şirkətlərinin "Panama arxivi"ndə göstərilmiş ofşor əməliyyatlarda iştirakı Süleyman Kərimovun "Milli telekommunikasiyalar" şirkətinin Rusiyaya qaytarılması məqsədi daşıyıb və FTX-nin dəstəyi ilə həyata keçirilib.

Süleyman Kərimova gəlincə, o Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Dağıstandan olan üzvü, iş adamı, "Anju" futbol klubunun sahibi və "Forbs" jurnalına görə Rusiyanın ən zəngin 20 adamından biridir. Sözügedən "Milli telekommunikasiyalar" holdinqi 2008-ci ildə 1,5 milyard dollara başqa bir investorlar konsorsiumuna satılıb.

___________________________________________________________

Bunlara da bax:
"Boko Haram" qızları buraxmağa 50 milyon istəyir
Gül bayramının formatı dəyişib

___________________________________________________________

Federal Təhlükəsizlik Xidmətinin adı çəkilməyən bir əməkdaşının sözlərinə görə, 2008-ci ildə FTX-yə "Amerika xüsusi xidmət orqanlarının Rusiyanın telekommunikasiya aktivlərinə marağı," xüsusilə də "Milli telekommunikasiyalar" holdinqinin "Amerika birbaşa investisiya fondları" tərəfindən alınmasına hazırlıq barədə məlumat daxil olub.

İddiaya görə bu səbəbdən də dövlət şirkətlərə müraciət edərək ofşorda 1,5 milyard dollar yığaraq bu sövdələşmənin qarşısını almağa nail olub. "Əsas məbləği "Milli Media Qrupu" ödəyib. Daha kiçik məbləğlərsə "Severstal" və "Surqutnefteqaz" tərəfindən ödənilib. Qeyd edilir ki, əməliyyata dəstək üçün bankların işbirliyi qurulub və bura bərabər məbləğlərlə Sberbank, VTB və "Qazprombank" daxil olub.

FTX əməkdaşı bildirib ki, adı çəkilən banklar 2008-ci ildə birlikdə "Milli telekommunikasiyalar" holdinqinin səhmlərinin 100%-ni əldə edərək sonradan holdinqi "eyni məbləğ müqabilində" "Rostelekom"a ötürüblər.

Buna da bax: Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

XS
SM
MD
LG