Rusiya prezidenti Vladimir Putin “Qafqaz kollektiv təhlükəsizlik regionunda” Ermənistanla birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişin imzalanması üçün sərəncam verib.
“Mən Rusiya Federasiyası və Ermənistan Respublikası arasında Qafqaz kollektiv təhlükəsizlik regionunda birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair Rusiya hökumətinin təklifini qəbul etdiyim barədə sərəncam verirəm” – deyilir Rusiya prezidentinin imzaladığı sənəddə.
Sərəncamda qeyd olunur ki, sözü gedən direktivin icrası Rusiyanın Müdafiə və Xarici İşlər nazirliklərinə tapşırılır.
Bundan bir qədər əvvəl MDB Müdafiə Nazirləri Şurasının Havadan Müdafiə Komitəsi Cənubi Avropa, Qafqaz və Mərkəzi Asiyada regional müdafiə sistemlərinin yaradılması zəruriliyini elan etmişdi.
Ermənistanda Rusiya Fedrasiyasının hərbi bazası var və bu ölkənin Türkiyə ilə sərhədləri Rusiya Silahlı Qüvvələri tərəfindən mühafizə olunur.