Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:59

Google yenə cərimələndi


İllüstrativ foto
İllüstrativ foto

Daha öncə həmin məhkəmə Google, Twitter  və Telegram şəbəkələrini eyni ittihamlarla cərimələyib

Moskva məhkəməsi Google şirkətinə Rusiyanın qadağan olunmuş kontentlə bağlı qaydalarını pozduğuna görə əlavə cərimə kəsib. Hökumət xarici şirkətlərə Rusiyada ofis açaraq istifadəçilərin şəxsi datasını öz ərazisində saxlaması üçün təzyiq göstərir.

Avqustun 19-da Moskvanın Taqanka rayonundakı məhkəmənin qərarıyla Google “üç inzibati pozuntuya” görə 6 milyon rubl (81 min 500 dollar) cərimə ödəməlidir.

İki gün öncə elə həmin məhkəmə şirkətə beş hal üzrə 14 milyon rubl (190 min dollar) cərimə kəsmişdi. Şirkətin qadağan olunmuş kontenti pozmadığı bildirilir.

Digər şəbəkələr də cərimələnir

Daha öncə həmin məhkəmə Google, Twitter və Telegram şəbəkələrini eyni ittihamlarla cərimələyib.

ABŞ-ın texnologiya şirkəti Rusiyadakı istifadəçilərin şəxsi datasını lokallaşdırmaqdan imtina etdiyinə görə də cərimələnib.

Moskvanın iddiasına görə, Qərbin texnologiya nəhənglərini cilovlamaq, özünün internet “suverenliyini” gücləndirmək istəyir.

Amma bir çox tənqidçilərin fikrincə, hakimiyyət sentyabrda keçiriləcək parlament seçkiləri öncəsi narazıları boğmağa çalışır. Üstəlik, bu dönəmdə hakim Vahid Rusiya partiyasının populyarlığı da azalır.

İyunda məhkəmə “inzibati pozuntulara” görə Facebook-u 17 milyon rubl, Telegram-ı 10 milyon rubl cərimələyib. Hər iki şəbəkə Rusiyanın qadağan etdiyi kontenti silmədiyinə görə belə bir addımla üzləşiblər.

XS
SM
MD
LG