Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:42

Araşdırma: Rusiyalıların həyəcanı bir ildə iki dəfə artıb


2022-ci ilin nəticələrinə görə rusiyalıların ümumi həyəcanlığı 2021-ci illə müqayisədə 2.2 dəfə artıb.

Bu barədə Rusiyadakı KROS kommunikasiyalar agentliyinin hesabatında deyilir.

Bu tədqiqat zamanı ekspertlər Rusiya regionlarındakı mediaların və sosial media şəbəkələrinin monitorinqini aparıblar.

Məlum olub ki, rusiyalıları ən çox narahat edən Ukraynadakı müharibə və onunla bağlı mövzulardır.

Söhbət Qərblə qarşıdurmanın eslakalasiyasından, nüvə silahından mümkün istifadədən, diversiyalardan və döyüş əməliyyatlarının Rusiya ərazisinə keçməsi ehtimalından gedir.

Rusiyanın 83 regionunda bu mövzular ən çox həyəcan verən faktorların ilk üçlüyünə daxildir. Federasiyanın 70 subyektində isə bu mövzular həyəcanın 1 nömrəli səbəbidir.

Yalnız iki regionda – Mordoviya və Yakutiyada insanları narahat edən mövzuların reytinqə birinci yeri inflyasiya və meşə yanğınları tutur.

İnflyasiya Rusiyanın 71 regionunda narahat edən mövzuların ilk üçlüyünə daxildir.

Diversiyalardan 19, meşə yanğınlarından isə 12 regionda narahatdırlar.

Həyəcan yaradan başqa məsələlər

Həyəcana səbəb olan başqa mövzular xarici brendlərin Rusiya bazarından getməsi, məşhurların Rusiyanı tərk etməsi, habelə maliyyə dələduzları, ekoloji problemlər və xaricə çıxışdır.

Epidemioloji vəziyyət – koronovirus infeksiyası və meymun çiçəyi hazırda rusiyalıları qətiyyən narahat etmir.

Ötən il bu faktorlar Rusiyanın bütün regionlarında narahatlığa birinci səbəb idi.

Ən həyəcanlı yerlər siyahısına Moskva və Peterburq şəhərləri, habelə Buryatiya Respublikası, Zabaykalye diyarı və Ukrayna ilə həmsərhəd üç vilayət – Kursk, Belqorod və Bryansk düşüb.

“Ən həyəcansız” Rusiya regionları isə Yəhudi muxtar vilayəti, Uzaq Şərqin bəzi regionları və Şimali Qafqazdır.

XS
SM
MD
LG