Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:32

Təhqiqat: Ukraynada 9300-dən çox Rusiya hərbçisi həlak olub


Təhqiqat materialında deyilir ki, Rusiya ordusu və Rosqvardiyanın Ukraynadakı real itkiləri ən aşağısı 18 min 600-dən çox ola bilər

Moskvanın Ukraynaya müdaxiləsi başlanandan noyabrın 25-dək olan müddətdə Rusiya 9311 hərbçisini itirib. Bunlardan 326-sı yeni səfərbərliyə alınanlar olub.

Rusiya ordusunun Ukraynadakı itkilərini BBC-nin Rus xidməti və Mediazona saytı könüllülərin köməyi ilə hesablayıblar.

Bu da qeyd olunur ki, müharibənin 9-cu ayının sonunda təsdiq edilmiş itkilərin sayına görə birinci yerə Krasnodar diyarı (407 ölü) çıxıb.

İkinci yerdə Buryatiya (348), üçüncü yerdə isə Dağıstandır (345).

Həlak olanlardan 1449-u, yəni 15 faizi zabitlərdir. Onların arasında 4 general, 47 polkovnik var.

Müharibədə həlak olanların 2500 nəfərindən çoxu elit birləşmələrdən olan hərbçilərdir.

Bura xüsusi təyinatlı qoşunlar, dəniz piyadaları və hərbi təyyarəçilər daxildir.

Həlak olanların 18 faizi piyada qoşun növündəndir.

Səfərbərliyə alınanlardan 290 nəfəri Ukrayna ərazisində gedən döyüşlərdə həlak olub.

Onlardan daha 35 nəfəri Rusiya ərazisində müəyyən problemlərlə bağlı, məsələn ürək çatışmazlığı, aşırı spirtli içki qəbulundan və bədbəxt hadisələrdə ölənlərdir.

Real rəqəm daha böyükdür

Jurnalistlər qeyd edirlər ki, ölənlərin arasında səfərbərlərin sayı daha çox ola bilər, çünki məlumatlarda hərbçilərin statusları göstərilmir.

Jurnalistlər Rusiyanın itkiləri barədə məlumatları müharibənin ilk günündən toplayırlar.

Monitorinq ölümlərin açıq mənbələrdə təsdiq olunanlarını qeydiyyata alır.

Bu da qeyd olunur ki, Rusiyada dəfn edilmiş hərbçilərin real sayı bu siyahıdakı saydan 40-60 faiz çox ola bilər.

Jurnalistlər bu qənaətə Rusiyanın 60 yaşayış məntəqəsindəki qəbirstanlıqlarda vəziyyəti öyrəndikdən sonra gəliblər.

Təhqiqat materialında buna əsasən deyilir ki, Rusiya ordusu və Rosqvardiyanın Ukraynadakı real itkiləri ən aşağısı 18 min 600-dən çox ola bilər.

Putin səfərbərliyi niyə dayandırmır?

“Vajnıye istorii” saytının mənbələrə istinadən yazdığına görə Rusiya hərbiyyəsinin rəhbərliyi gələn ilin yayınadək 100 minədək səfərbərin həlak olacağını proqnozlaşdırır.

Mənbələrdən birinin dediyinə görə Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin yazınadək 120 min müddətli hərbi qulluqçunu təlimləndirməyi planlaşdırır.

Mənbə bildirib ki, elə bu səbəbdən də Putin “qismən səfərbərliyi” hələki rəsmən dayandırmayıb.

Yerevanda aksiyaçılar Putinin gəlişini etirazla qarşılayıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Noyabrın 25-də Ukraynaya göndərilmiş hərbçilərin anaları ilə görüşdə Putin deyib ki, bundan sonra adamların səfərbərliklə toplanması lazım gəlməyəcək.

Rusiya Müdafiə Nazirliyi son dəfə itkilər barədə “qismən səfərbərliyin” ilk günündə, sentyabrın 21-də məlumat verib.

O vaxt müdafiə naziri Sergey Şoyqu demişdi ki, Rusiya Ukrayna müharibəsində 5937 hərbçi itirib.

Pentaqon isə noyabr ayında bildirmişdi ki, Rusiyanın Ukraynadakı itkiləri 100 min ölü, elə bir o qədər də yaralı olaraq təxmin edilir.

XS
SM
MD
LG